90 yaşlı fotoqraf məzəli şəkillərilə dünyanı sevindirməyə davam edir

Ehtiraslarınızı kəşf etmək üçün heç vaxt çox yaşlı deyilsiniz. Gecikmirsiniz. Bunu 90 yaşlı “insta(g)ranny” kimi məşhurlaşan Kimiko Nişimotonun həyat təcrübəsi də sübut edir. O, Kumamoto, Yaponiyada yaşayır. Hazırda adi həyatda fotokamera ilə çəkilən və monupulyasiya proqramları ilə yaradılan qəribə, məzəli, fantastik şəkillərilə o, dünyanın hər yerində insanların üzündə təbəssümə səbəb olur, onları sevindirməyə davam edir.

https://www.instagram.com/p/BphBZF7nW_K/?utm_source=ig_web_button_share_sheet

72 yaşında əlinə fotoaparat götürüb fotoqrafiyaya başlayan Kimikonun həyatı bir də əvvəlki kimi olmur. Oğlunun müəllimlik etdiyi fotoqrafiya dərslərinə qəbul olur. Oğlunun sözlərinə görə, dostları onun üçün çox vacibdir; “anam üçün fotoqrafiya dostları ilə əlaqə saxlamaq üçün bir vasitədir”.

Kimikonu kursdan qrup yoldaşı daim ziyarət edir. Onlar ötən il qarşılaşdıqları vaxtdan əlaqə saxlayır və birlikdə şəkil çəkirlər. Dostu deyir ki, əgər “mən gəlməsəm Kimiko əsəbləşəcək”.

Kimikonun fikrincə, yaş sadəcə bir rəqəmdir.

“Şəkil çəkmək mənə yəni dostlar qazanmağa kömək edir. Əgər fotoqrafiyanı əlimdən alsalar, həyatımda dəyərli heç nə qalmayacaq.”

Kimikonun fotolarının obyekti ona yaxın olan əşya və hadisələrdir. O, kəşf etmək üçün daim yeniliklər axtarışındadır.

kimiko2
Mənbə: boredpanda
Sevinc Nur © yapon.az 2019