Yaponlar yeddi deyil, beş notdan istifadə edirlər: “do”, “re”, “mi”, “sol”, “lya”

Ənənəvi və müasir olan Yaponiya ilk baxışda Qərbi xatırlatsa da, əslində hələ də bir şərq ölkəsi olma xüsusiyyətini davam etdirir. Yaponiya hər zaman mədəniyyəti, tarixi və xüsusilə də, musiqisi ilə fərqlənib.

sequinsandcherryblossom.com
Mənbə: sequinsandcherryblossom.com

Yaponiyanın milli musiqisi Çin musiqisinə oxşayır. Ancaq bu gün yapon musiqisi daha yaxşı qorunub saxlanılıb.

Ənənəvi Yaponiya musqisi haqqında danışarkən qeyd etməli olduğumuz maraqlı məqamlardan biri yaponların avropalılar kimi yeddi deyil, beş notdan istifadə etməsidir. Yaponların istifadə etdiyi notlar: “do”, “re”, “mi”, “sol”, “lya”. “Fa” və “si” notlarından istifadə etmirlər. Bunun səbəbi kimi Uzaq Şərqədəki insanların iki notu eşitməməsi və ayırd edə bilməməsi göstərilir.

1980-ci illərdə meydana gələn ilk dünya musiqisi dalğasında bir çox ölkənin sənətçisinin əksinə yaponlar əvvəlcə öz mədəniyyətlərinin nələr təqdim edə biləcəyini dərindən araşdırırlar. O dövrlərdə “öldüyü” sayılan Yaponiya xalq musiqisi tərzi – “min’yo” (民謡) möhtəşəm geri dönüş edir. Yaponiyaya xas olan bu üslübda gündəlik həyatın bir parçası olan ritmlər, ölkənin başqa bölgəsindəki musiqilər ilə birləşməyə başlayır…

Yaponiyalı sənətçilər ölkənin fərqli bölgələrindən gələn fərqli ritimləri sintez etməyi seçdilər. “Əl musiqisinə başlamadan əvvəl öz mədəniyyətini tanı, qəbul və həzm et ki, ondan sonra başqa diyarların təqdim etdiklərini öyrənəsən” -, bu, yaponiyalı sənətçilərin ana məntiqidir. Öz mədəniyyətini bilmədən digər ölkələrin mədəniyyətini öyrənməyə təşəbbüs göstərmək cəsarət deyil, cəhalətdir. Məhz buna görə, günümüzdəki yaponiyalı sənətçilər milli ənənəvi musiqi mövzusunda özlərinə əmin və məsuliyyətlidirlər.

Ənənəvi musiqi alətləri müasir dövrdə mövcüd ola biləcək hər növ üsluba köklənə (aranje) bilər. Musiqi ahəngi isə, ən yüksək keyfiyyətdə sərgilənməkdə… Əgər ənənəvi Yaponiya musiqisinin sehrini eşitmək istəyirsinizsə, onda qulaqlarınızı ölkənin Okinava adasına doğru istiqamətləndirməniz gərək. Bu adada qarşınıza bir çox ənənəvi performans çıxacaq. Bu performanslarda baş rollarda Okinavaya xas üç telli yerli banço olan Sanşin (三線 – üç telli) çıxış edəcək. Performansçılar isə, ümumi paltarları içərisində fərqli “vurmalı çalğı” alətləri ilə Sanşinə yoldaşlıq etməkdə… Meydana gələn ritmlər isə Yaponiyanın ən təsiredici yerli musiqisidir.

Bir çox ənənəvi yapon musiqi növləri (Hoqaku) var. Bunlardan ən əhəmiyyətliləri:

Qaqaku (雅楽) – Çin və Koreya mənşəli saray musiqisidir. Bu, ən köhnə ənənəvi yapon musiqi növüdür.

Bivaqaku – Biva (琵琶) adı verilən dördtelli gitaraya bənzəyən bir alətlə ifa edilən musiqi növüdür.

Noqaku (能楽) – Noh (能 no-) nümayişləri əsnasında icra edilən musiqi növüdür. Ümumiyyətlə, Hayaşi fleytası, tsuzumi (鼓 – ko ~nağara) nağarası və digər alətlərlə icra edilir.

"Aoi no Ue", "No performansları (Noqaku Zue)" silsiləsindən, 1898. Ağac üzərində rəngli qravür . Təxmini ölşüsü 25.2x37.4 sm. Müəllif: Tsukioka Kogyo (1869-1927). Frederick W.Gookin`in kolleksiyası, 1939.2258.29. Mənbə: www.artic.edu.
“Aoi no ue”, “No performansları (Noqaku zue)” silsiləsindən, 1898. Ağac üzərində rəngli qravür . Təxmini ölçüsü 25.2×37.4 sm. Müəllif: Tsukioka Kogyo (1869-1927). Frederick W.Gookin`in kolleksiyası, 1939.2258.29. Mənbə: artic.edu.

Sokyoku (筝曲) – koto aləti ilə ifa edilən musiqi növüdür. Daha sonra şamisen və şakuhaçi ilə yoldaşlıq edib. Koto (琴) 13 telli qanuna bənzəyen çalğı aleti növüdür.

Şakuhaçi (尺八) – 55 sm uzunluğunda fleyta ilə ifa edilən musiqidir. Çalğının adı köhnə yapon uzunluq vahidindən gəlməkdədir.

Şamisenonqaku – eyni adlı çalğı aləti ilə ifa olunur. Şamisen yalnız üç teli olan sazabənzər musiqi alətidir.

Minyo – yapon folk mahnılarıdır.

ardı burada
Xatırladaq ki, bu yazı məlumat xarakterli qısa xülasədir. Təsnifat dərindən və geniş aparılmayıb.
Xatirə Fərzəli © yapon.az 2015