Yaponiyanın ənənəvi musiqi alətləri

əvvəli burada.

Biva – qısasaplı, 4 telli, saza bənzəyən bir alətdir. Biva ilə ifa edilən musiqiyə bivaqaku deyilir.

Biva aləti
Biva 

Tsuzumi – qövdəsinin ortası qum saatı formasında buğumlu, iki üzlü bir növ nağaradır. Ənənəvi Yaponiya musiqisi ifa edilən alətlərdəndir.

1
Tsuzumi

Koto – təqribən iki metr uzunluğunda olan, sandığa bənzəyən ənənəvi yapon çalğı növüdür. Yeri dəyişdirilə bilən körpülər üzərinə qurulmuş 13 teldən ibarətdir. Körpülər ideal mövqeyə gətirilənədək hərəkət etdirilərək tellər akkordlanır. Baş barmağın ucuna, işarə barmağının ön üzünə və orta barmağın iç üzünə yerləşdirilən üç mizrabın köməyi ilə çalınır.

Yaponiyada 7-ci əsrdə ortaya çıxmışdır. Başlanğıcda elit bir musiqi aləti olaraq qəbul edilən və İmperator sarayında icra edilən koto, 17-ci əsrdən xalq tərəfindən də istifadə edilməyə başlanmışdır.

Koto
Koto

Şamisenbaçi adı verilən bir mizrap ilə çalınan üçtelli bir Yaponiya çalğı əlatidir. 16-cı əsrdə cənubi Yaponiyada meydana gəlmişdir. Əsasən teatr səhnələrində geniş istifadə olunur.

Şamisenin sapında pərdələri yoxdur. Gövdəsindəki pişik və ya it dərisidir. Keçmişdə xüsusi kağızdan istifadə edilmişdir lakin indiki vaxtda baçidə də, gövdədə də plastik materialdan istifadə olunur. Fərqli ölçüləri vardır.

Şamisen
Şamisen

Şakuhaçi – beş dəlikli, iki oktavlı səs aralığına sahib, bambuk ağacından hazırlanan  bir növ fleytadır. Ənənəvi Yaponiya musiqisi alətlərindəndir. Neyə bənzəyir.

Şakuhaçi
Şakuhaçi

Taiko – ənənəvi yapon döyüş nağarasıdır. Çalınması sadədir. Qədimdə döyüşlərdə əsgərin əhvalını yüksək tutmaq və ordulararası ünsiyyəti “canlı” tutmaq məqsədilə çalınırdı.

Taiko
Taiko
Xatirə fərzəli © yapon.az 2016
Advertisements

One thought on “Yaponiyanın ənənəvi musiqi alətləri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma