Hanafuda (yaponca: 花札; “çiçək kartları”) oyun oynamaq üçün istifadə edilən yapon mənşəli oyun kartlarıdır. Bu ad həm də kartlarla oynanılan oyunlara aiddir.

Onlar adətən Qərb oyun kartlarından daha kiçikdir,  5,4×3,2 sm ölçüsündə, daha qalın və sərtdir. Hər kartın üz qabığında bitkilər, tanzaku (短冊), heyvanlar, quşlar və ya əşyaların təsviri var. Bir kart bir insanı təsvir edir. Arxa tərəfi adətən sadədir, hər hansı bir naxış və ya dizayn yoxdur və ənənəvi olaraq qırmızı və ya qara rəngdə olur. Hanafuda, Koi-Koi və Haçi-Haçi də daxil olmaqla müxtəlif oyunlar oynamaq üçün istifadə olunur.

Bu oyun həmçinin Cənubi Koreyada Hvatu, Havaidə isə Sakura (Hanahuda) adı ilə tanınan məşhur oyundur.

Tarixi

Yaponiyada qədim zamanlardan bəri bir çox mürəkkəb kart oyunları oynansa da, onlar qumar oyunu kimi və ya yoxsullar arasında oynanılmayıb. Lakin 1549-cu ildə portuqaliyalı missioner Francis Xavier Yaponiyaya gəldikdən sonra vəziyyət dəyişdi. Onun gəmi heyəti Avropadan 48 kartdan ibarət oyun kartı dəsti daşıyırdı ki, bu da Yaponiyada kart oyunlarının və qumar oyunlarının populyarlaşmasına səbəb oldu. Tenşou dövründə (1573-1592) hazırlanmış ilk yapon istehsalı dəstələr portuqal dəstələrini təqlid edirdi və “Tenşou Karuta” adlanırdı. Bu oyun əsas oyun olan Triunfo və Ombre oyunları arasında təkamüldə orta səviyyəli hiylə oyunu kimi idi. Yaponiya daha sonra 1633-cü ildə Qərb dünyası ilə bütün əlaqəni bağladıqda, xarici oyun kartları da qadağan edildi.

Bu qadağaya baxmayaraq, kart qumar oyunları son dərəcə populyar olaraq qaldı. Tokuqava Şouqunluğu dövründə qumar qanunsuz idi. Özlüyündə kart oynamaq qadağan olmadığı üçün məhdudiyyətlərdən qaçmaq üçün müxtəlif dizaynlı yeni kartlar yaradıldı. Məsələn, Unsun Karuta kimi tanınan bir kart oyunu bu dövrdə bir kart oyunçusu tərəfindən hazırlanmışdır. Bu kartlar çinli döyüşçülər, silahları, zirehləri və əjdahaları təsvir edən Çin sənəti ilə bəzədilmişdi. Bu kart dəstəsi 75 kartdan ibarət idi və oynanılma çətinliyinə görə Qərb kart oyunları qədər məşhur deyildi. Müəyyən dizaynlı bir kart dəstəsi ilə qumar oyunları çox populyarlaşdıqda, hökumət bu kartları qadağan etdi, lakin buna baxmayaraq, yeniləri yaradıldı. Hökumət və üsyançı qumarbazlar arasındakı bu pişik-siçan oyunu bir çox fərqli dizaynın yaradılması ilə nəticələndi. Bu qarşıdurma nəticəsində daha abstrakt və minimalist regional nümunələr yaradıldı. Bu dizaynlar 1680-ci illərdə Yomi qədər məşhur olan Poç oyunundan sonra “Yomi Karuta” adlandırıldı.

Meiva, Anei və Tenmei dövrlərində (təxminən 1764-1789) Mekuri adlı bir oyun Yominin yerini aldı. O qədər məşhurlaşdı ki, Yomi Karuta “Mekuri Karuta” adını aldı. Mekuri, Çin balıqçılıq oyunlarına bənzəyirdi. Kartlar qumar oyunları üçün o qədər geniş istifadə olundu ki, 1791-ci ildə, Kansei dövründə qadağan edildi. Hana Avase-yə (Hanafudanın əvvəlki versiyası) məlum olan ən erkən istinad 1816-cı ildə qadağan edilmiş qumar aləti kimi qeydə alındığı zamandır. Əvvəlki dəstələrdən fərqli olaraq, kartlar dörd dərəcəyə bənzər kateqoriyaya bölünən 12 aydan (dəstələrdən) ibarət idi. Hanafuda oyunlarının əksəriyyəti Mekuridən gəlir, baxmayaraq ki, çiçək kartları üçün Yomi uyğunlaşmaları 20-ci əsrə qədər istifadə edildi. Onlar hələ də qumar üçün istifadə oluna bilsələr də, onun quruluşu və dizaynı Kabufuda kimi digər dəstələrə nisbətən biraz daha rahatdır. Meici dövründə kart oynamaq səlahiyyətlilər tərəfindən normal qarşılandı.

Edo dövrünün qalan hissəsində “Mekuri Karuta” adlı oyunu “Unsun Karuta” əvəz etdi. Dörd dəst 12-yə bölünmüş 48 kartdan ibarət dəstədən ibarət olan bu oyun olduqca populyarlaşdı və bu müddət ərzində ən çox yayılmış qumar oyunlarından birinə çevrildi. Daha sonra isə, qumar oyunları üçün o qədər geniş istifadə olundu ki, 1791-ci ildə qadağan edildi.

Sonrakı bir neçə onillikdə bir neçə yeni kart oyunu hazırlanmış və sonradan demək olar ki, yalnız qumar məqsədləri üçün istifadə edildiyinə görə qadağan edilmişdir. Bununla belə, hökumət bəzi kart oyunlarının həmişə ictimaiyyət tərəfindən oynanılacağını anladığı üçün qumar oyunlarına qarşı qanunları yumşaltmağı qərara aldı. Bütün bunların nəticəsində ənənəvi yapon oyunlarını qərb üslublu oyun kartları ilə birləşdirən “Hanafuda” adlı oyun yarandı. Hanafuda qumar üçün bir qədər məhdud istifadəyə malikdir, çünki oyunu tamamlamaq üçün rəqəmlər və uzunluq yoxdur. Bununla belə, tamamlanmış şəkillər kombinasiyası üçün xallar təyin etməklə qumar oynamaq mümkündür. Ancaq bu kart oyunları keçmiş hökumətin təzyiqləri səbəbindən o qədər də populyar deyildi.

1889-cu ildə Fusacirou Yamauçi tut ağacının qabığında əl istehsalı Hanafuda boyası istehsal etmək və satmaq üçün Nintendo Koppai şirkətini qurdu. Yakuzalar da öz kazinolarında hanafudadan istifadə etməyə başladılar və kart oyunları Yaponiyada yenidən məşhurlaşdı. Nintendo Koppai dəsti “Disney Hanafuda” ilə birlikdə böyük uğur qazandı. Nintendo bu günlərdə daha çox video oyunlarına diqqət yetirsə də, əvvəllər Club Nintendo-da mövcud olan xüsusi Mario temalı dəsti də daxil olmaqla, Yaponiyada bu kartları istehsal etməyə davam edir. Bu daha çox vaxt mənfəət üçün deyil, onların şirkət tarixinin tanınması ilə əlaqədardır. 2006-cı ildə Nintendo, Hanafuda ilə oynadığı Koi-Koi oyununu özündə əks etdirən Nintendo DS üçün Clubhouse Oyunlarını çıxartdı.

Kartlar

Hanafuda dəstəsi əvvəlki Portuqal dəstələrində olduğu kimi 48 kartdan ibarətdir. Kartlar ayları təmsil edən 12 dəstəyə bölünür. Hər biri bir çiçəyə aiddir və hər dəstənin dörd kartı var. Adətən hər dəstədə iki adi kart və iki xüsusi kart olur. Ən populyar oyunlar sadəcə alınan kartların müəyyən birləşmələri ilə əlaqəli olduğundan, onların xal dəyərləri lazımsız və ixtiyari olaraq dəyərləndirilə bilər.

Xəyalə Əlizadə ©yapon.az2023