Kiçik kəndlərdə yaşayan əhalinin sayı sürətlə azalması səbəbi ilə sahibsiz evlərin sayı da günü-gündən artmağa davam edir.

Gənclər təhsil almaq və ya işləmək üçün şəhər həyatını üstün tutub, daha böyük şəhərlərə və ya başqa ölkələrə köçürlər. Gənc nəslin sürətli şəkildə kənddən şəhərə getməsi ilə yanaşı, Yaponiyada 100 yaşından yuxarı olan əhalinin çoxalmasıla problem daha da mürəkkəb hala gəlməyə başlayıb.

Həyatdan köçən yaşlıların evlərinə heç kim sahib olmaq istəmir. Şəhərin mərkəzində yaşayan bu evlərin əsl sahibləri, vergiləri ödəmək və təmizliyindən yan keçməkdən ötrü bu evləri “havayı” verməyə belə razıdırlar.

Probemi həll etmək üçün bölgənin daşınmaz əmlak idarələri, tərk edilmiş evlərin rəsimlərini internetə yükləyərək “Ödənişsiz evlər” başlığı ilə müştəri cəlb etməyə çalışır.

Bunun nə qədər effektiv həll yolu olduğu barəsində müzakirələr aparılsa da, lakin bu evlərə sahib olmaq istəyənlərin böyük qismi məhz xaricilərdir.

Gülşən Cabbarlı yapon.az 2019