Yapon alimləri bütün qan növlərinə uyğun olan süni qan hazırladıqlarını açıqlayıblar.

Yaponiya Tibb Kollecinin tədqiqatçıları qan növündən asılı olmayaraq, hər hansı bir xəstəyə köçürülə biləcək süni qan yaradıblar. Xəstəxanaya gəlmədən yaralılara qan köçürülə biləcəyi və bunun sağ qalma nisbətini əhəmiyyətli dərəcədə artıracağı ifadə edilir.

Donorlardan alınan qanı 5 gün, qırmızı hüceyrələri isə 42 gün saxlamaq mümkündür. Buna görə xəstəxanaların qan köçürmə ehtiyacını ödəmək üçün hər gün minlərlə insandan qan almaq ehtiyacı yaranır. Süni qanın isə normal temperaturda bir ildən çox saxlanıla bilinəcəyi düşünülür.

Qeyd edim ki, yalnız dovşanlara süni qan köçürmə təcrübəsi aparıldıqdan sonra uğurlu nəticə alınıb, lakin insan üzərində heç bir təcrübə aparılmadığına görə, insan bədənində baş verə biləcək allergik reaksiyalar barədə məlumat yoxdur.

Gülşən Cabbarlı  © yapon.az 2019