Yaponiyada əhalinin qocalması və tənhalaşma prosesi o qədər aktuallaşıb ki, 2009-cu ildə Yaponiyada “Family Romance” adlı maraqlı şirkət ortaya çıxıb: ailə üzvləri kirayəyə götürmək şirkəti.

Məsələn, müştərilərdən biri olan Kazuşiqe Nişida axşam yeməyini tək yeməmək üçün özünə bir “arvad” və bir “qız” kirayələyib. Hətta kirayəyə götürərkən fiziki görünüşləri də özü qərar verib və bunun üçün 370 dollar xərcləyib.

Şirkətin yaradıcısı olan İşii Yuyçinin ağlına bu ideya Z.FreydinThe Family Romance of Neurotics” məqaləsini oxuyandan sonra gəlib. Yuyçi həm də şirkətin işçisidir və 100-dən çox qadına “ər” olub.

Yaponiyada buna bənzər başqa şirkət də var: “Client Partners“. Amma bu şirkət ancaq əmi və dayı kirayəyə verməklə məşğuldur.

Serkan Şentürk yapon.az 2019