Alişan meşə dəmiryolu (阿里山 森林 鐵路/ ありさんしんりんてつろ), 86 km uzunluğunda standartdan qısa (iki relsin arasındakı məsafə 1,435 mm-dən daha qısadır) dəmiryolu şəbəkəsidir. Bu dəmiryolu Çiayi (Tayvan) əyalətini Alişan dağlıq ərazisinə birləşdirir. Dəmiryolu ilk növbədə 1912-ci ildə Yaponiya Kolonial Hökuməti tərəfindən tikilmişdir baxmayaraq ki, tikintiyə 1906-cı ildə başlanılmışdır.  İlk istifadəyə verilən qatar Yaponiyadakı Kiso meşə dəmiryolundan ayrılan Şay lokomotivi idi. Məqsəd isə zəngin meşə resursları, xüsusilə də, sərv ağacının ölkəyə daşınmasına xidmət etmək idi. Daha sonra isə turistlər üçün istifadəyə verilmişdir.

alishan1

İlk dəfə sərnişin vaqonları 1918-ci ildə fəaliyyətə başlayıb.

2003-cü ildə qatar Alişan stansiyasının yaxınlığında dəmir yolunu tərk edib, 17 nəfərin ölümü və 156 nəfər yaralanmasına səbəb olmuşdu.

2008-ci ilin iyununda dəmiryolu şəbəkəsi özəlləşdirilib.

S.N. © yapon.az 2018