Yaponiyada heyvanlarla bağlı bir çox idiom var, lakin onlar bu dildə heyvan mərkəzli ifadələri anlamaq üçün yaxşı bir başlanğıcdır. Bəlkə sizin də ən çox sevdiyiniz heyvanla bağlı bir ifadə vardır.

Dünyanın hər yerində insanlar heyvanlar və ya onların davranışlarının istifadəyə yararlı məcazi mənalarını tapmaqda maraqlıdırlar. İngilis dilindən bir misal çəkək. İngiliscədə “Cat got your tongue”ın hərfi mənası – “Bədəninizdən xəyali olaraq bir orqanı oğurlayan heyvan” ilə heç bir əlaqəsi yoxdur. Əksinə bu idiom “birinin nəyəsə cavab olaraq söyləyəcəyi nəsə olmayanda” istifadə edilir. Dünyada mövcud bütün dillərdə oxşar fikirlər vardır. Bu, Yaponiya üçün də keçərlidir. Bir çox ifadələr heyvanları, heyvanlarla bağlı şeyləri və ya heyvan hərəkətlərini özündə əks etdirir. Bəziləri qayğısız və əyləncəlidir, bəziləri isə təəccübləndirici dərəcədə mənfi ola bilir. Qədim Yaponiyadakı bəzi tənqidçilər haqqında məlumatlandıqda görmək olar ki, pişiklərlə bağlı ifadələr bugünkü qədər keçmişdə də geniş yayılmışdır. Bu ifadələr Yaponiyada istifadə edə biləcəyimiz bəzi unikal cümlələri öyrənmək üçün əla fürsətdir.

nekojita

“Neko jita/ cita (猫舌)”- pişik dili

Mənası: İsti içkilərə və ya yeməklərə qarşı həssas olan insan

Bu, pişiklərin isti bir şey yeyə bilməməsindən irəli gəlir. Pişiklərin dilləri isti şeylərə qarşı həssasdır. Əgər ətrafınızdakı kimsə ədviyyatlı yemək yeyə bilmirsə, acılı yeməklərə qarşı həssasdırsa ona “neko jita” olduğunu söyləyə bilərsiz. Kiminsə dilinin isti yeməklərə qarşı həssas olduğunu söyləmək bir az əyləncəli bir alçaltmadır.

donqar

“Neko ze (猫背)” – pişik kürəyi

Mənası: Donqar durmaq, duruşun pis olması

Bir insanın pis duruşu varsa, donqar oturursa, titrəyən pişiyə bənzəyir. Bu, 21-ci əsrdə olduqca geniş yayılmışdır, çünki getdikcə insanlar kompyuterlərə və ya (xüsusilə) telefonlarına baxmaq üçün əyilirlər. İnsanların kürəklərinin donqar durma şəkli bir pişiyin dincəldiyi zamankı kürəyinə bənzəyir. Lakin bunu eləmək bir pişik üçün yaxşı olsa da, insan kürəyi üçün zərərlidir, çünki kürəyinizi incidə bilərsiniz. Diqqətli olun!

giphy

“Neko Baba (猫ばば)” – pişik nəcisi

Mənası: Oğurlamaq, cibgirlik

Belə ki, pişiklərin nəcislərini qum və ya kirlə örtməsi, gizlətməsi, heç kimin diqqətini cəlb etməyəcəyini unmağından irəli gəlir. İndi isə daha qarışıq hissəyə başlayırıq. Əgər bir pişik sahibisinizsə, işlərini zibil qutusunda (və ya çölündə) etdikləri zaman, ört-bas etməyə çalışdıqlarını və yəqin ki, bunu heç kimin görmədiyinin fərqinə varmısınız. İtlərin əksinə pişiklər bir az əvvəl elədikləri işi gizlətməyə və bunu edərkən çox da diqqəti cəlb etməməyə çalışırlar. Buna görə də neko baba bir cibgirin, oğrunun edə biləcəyi kimi, hiss elətdirmədən digər insanlardan oğurlamaq mənasında istifadə edilən bir ifadə halını alıb.

nekookaburu

“Neko o kaburu (猫を被る) – Kiminsə başına pişik qoymaq

Mənası: Birinin əsl şəxsiyyətini gizlətməsi

Pişiklər şirin və məsum görünürlər, amma onlar hər şey ola bilərlər! Yəni pişiklər sevimli görünsələr də, hiyləgər və pis ola bilirlər. Eyni şey sevimli və məsum davranan, əslində bu davranışın altında kim olduqlarını, əsl üzlərini gizləyən insanlar üçün keçərlidir.

“Make İnu (負け犬)” – uduzan it

Mənası: Uduzan və ya 30 yaşın altında heç evlənməmiş və ya uşaq sahibi olmayan qadın.
Sürünün geridə qalanına oxşamayan it və ya döyüşü uduzmuş bir it.

“Make inu” 2000-ci illərin ortasında yeni bir məna qazandı. Ondan əvvəl kiminsə uduzan olduğuna və ya sürüdəki digər itlərdən fərqli olduğuna aid ümumi bir deyim idi. Lakin 21-ci əsrdə 30 yaşlarında evlənməmiş və ya uşaq sahibi olmamış qadınlara istinadən “uduzan” mənasını verən bir ifadə oldu.

Üzücü haldır… və yazıq itlər, pişiklər…

Ardı var…

Xəyalə Əlizadə © yapon.az 2019