Anime və mangalardakı eyni xarakterə malik, lakin fərqli üsullarla təsvir edilən çoxsaylı obrazlar var.

Belə obrazları daha aydın ifadə etmək üçün ingilis dilinə “lovey-dovey” kimi tərcümə edilən “deredere” sözünün “dere” hecası ilə birləşib, yaranan yeni sözlərdən istifadə edilir. Bunlar artıq gündəlik dildə də insanları təsvir etmək üçün işlənən ifadələrə çevilib. Ən məhşur “dere tipləri

Yandere – yanderu, yəni mental cəhətdən xəstə – sözünün ilk hecasının dere ilə birləşməsindən yaranıb. Belə xarakterlər əvvəlcə sevdikləri şəxsə qarşı həddindən artıq qayğıkeş və onlara bağlı olurlar, daha sonra isə bu bağlılıq pik həddə çatır və onlar getdikcə “qaranlıq, tanınmaz” xarakter olmağa başlayırlar. Sevdiklərini daim izləyirlər, onlara çox yaxşı, ya da pis davrananlara ciddi xəsər yetirə, hətta öldürə bilirlər. Zamanla sevdiklərini cəmiyyətdən uzaqlaşdırmaq, hər kəsdən qopmaq istəyirlər. Bu xarakterlər həmişə kənardan sakit, amma olduqca zəkalı görünürlər. Onları səsləndirən seiyuular çox vaxt qalın və karizmatik səsə sahib olurlar. Yanderelər həm qız, həm oğlan obrazı ola bilərlər.

Undere – un, yəni (gündəlik dildə) “” mənasını verən səslə, dere-nin birləşməsindən yaranıb. Undere-lər sevdikləri şəxsin bütün fikirlərinə, təkliflərinə “” cavabı verirlər. Bu xarakterlər fikirləşirlər ki, əgər həmişə hə cavabı versələr onda daha çox sevdikləri şəxsi özlərinə bağlaya bilərlər. Əsasən qız obazlarını və özündən yaşca böyük qızları sevən oğlan obrazlarını undere kimi görə bilərsiniz.

Tsundere – tsuntsun, kənara çəkilmək, diksinmək sözü ilə, dere-nin birləşməsindən yaranıb. Tsundere-lər öz sevdikləri şəxsə qarşı hiss etdiklərindən fərqli davranırlar. Psixoloji cəhətdən sevdiklərinə ciddi zərər vurur, onları həmişə qəmləndirməyə çalışırlar. Amma əslində isə daxilən onlara sevgi bəsləyirlər. Sadəcə olaraq tsundere-lərin düzgün reaksiya vermək bacarıqları elə də yaxşı deyil.
Bunlar, “dere”lərin çox az hissəsidir.

Gülər Nursu ©  yapon.az 2022