Avropalılar Yaponiya haqqında ilk məlumatları XIII əsrdə Venesiyalı Marko Polonun yazdıqlarından öyrəndilər.

O, Çində olduğu zaman “Zipanqu”nun (Yaponiya) zənginliklərindən xəbər tutmuşdu. Marko Polonun səyahət qeydlərində Yaponiyanın hər yerindən qızıl tapıldığı yazılır: “Hər tərəf qızıl… İnanılmaz dərəcədə zəngin, İmperatora aid böyük bir saray… möhtəşəm bir mənzərə. Dam örtüyü tamamilə saf qızıl ilə işlənmişdir”.

Kinkaku ci məbədi, Kioto. Mənbə: www.flickr.com
Kinkaku ci məbədi, Kioto. Mənbə: flickr.com

Doğrudanda XII əsrdə Yaponiyanın şimal hissələrində qızıl mədənləri vardı. Bu bölgədəki nəcib soy-köklü ailələr varlı və söz sahibi idilər. Onların bu gücünə ən yaxşı örnək qızıldan hazırlanmış dua salonuna sahib Çussoni məbədi ola bilər.

XII əsrdən XVII əsrin ortalarına qədər Yaponiya Çin və Koreya yarımadasına qızıl ixrac edirdi. Təbii ki, bu o demək deyil ki, Yaponiyanın hər tərəfi qızıl məbədlərlə doludur. Marko Polonun nəql etdiyi bu qeydlər sayəsində XV əsrin sonlarında qızıl mədənlərinə çatmaq ümidilə portuqaliyalılar və digər avropalılar Yaponiyaya gəldilər, amma onların qızıl yerinə tapdıqları şey sap və otlar ilə damları düzəldilmiş evlər oldu. Onlar hər halda böyük xəyal qırıqlığına uğramış olsalar da, onların bu səyahəti nəticəsində yaponlar Avropa Mədəniyyəti haqqında ilk dəfə bir fikir sahibi oldular.

Yaponların qızıldan nifrət etdiklərini qəti düşünməyin. Sadəcə saf qızılın parlaqlığı digər yerlərdə olduğu kimi gözəlliyin pik nöqtəsi kimi istifadə olunmamışdır. XVI əsrdə Yaponiyanın birliyini təmin etmiş Toyotomi Hideyoşinin qızıl Çay mərasimi otağı istisna olmaqla, hər tərəfi qızıl ilə əhatələnmiş bir tikili yox idi. Yaponlar qara lak ilə qızılı istifadə edib onun parlaqlığını biraz gizlədikləri zaman real gözəlliyin ortaya çıxdığını düşünürdülər.

Ramin Məmmədli © yapon.az 2014