Yaponiyanın maliyyə naziri Taro Aso çərşənbə axşamı yeni əsginazların işlənib hazırlanacağını açıqlayıb. Dizaynı 2004-cü ildən bu yana ilk dəfə dəyişdiriləcək olan əsginazların 2024-cü ildə dövriyyəyə girməsi gözlənilir.

Əsginazların yeni dizaynı üçün seçilmiş üç tarixi şəxsin adı da açıqlanıb. Onlar Eiiçi Şibusava, Umeko Tsuda, Şibasaburo Kitazatodur. Yenilənmə zamanı 2000 yen nişanı dəyişməz olaraq qalacaq, çünki dövriyyədə çox deyil, 500 yenlik sikkə isə 2021-ci ildə yenidən işlənəcəkdir.

Yaponiyada əsginazların dizaynı saxtakarlıq əleyhinə mübarizə aparmaq məqsədilə müntəzəm olaraq 20 ildə bir dəyişdirilir. Yeni əsginazlar mövcud olanlarla eyni ölçüdə olacaq, lakin ərəb ədədləri daha böyük yazılacaqdır. Həmçinin, yeni 3D holoqramları və digər saxtakarlıq əleyhinə texnologiyanın naliyyətlərini özündə birləşdirəcəkdir.

əsginaz 1

10.000 yen

Yeni 10 min yenlik əsginazın ön tərəfində məşhur sahibkar Eiiçi Şibusava, arxa tərəfində Tokio qatar stansiyasının binası təsvir olunacaqdır. Eiiçi Şibusava 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə kimi Yaponiya sənayesinin aparıcı şəxslərindən biridir və “Yaponiyada kapitalizmin atası” hesab olunur. Meici bərpasından sonra Şibusava iş adamı olmadan öncə maliyyə nazirliyində işləmiş, 500-dən çox müəssisənin yaradılmasına və inkişafına kömək etmişdir. Bunlar arasında Yaponiyanın ilk bankı Mizuho Bankı da vardır. O həmçinin, Tokio Fond Birjası və Tokio Ticarət Palatasının sələflərini yaratmışdır.

5000 yen

5 min yenlik əsginazın ön tərəfində Yaponiyada qadınların təhsilində qabaqcıl olan Umeko Tsuda, arxa tərəfində isə visteriya çiçəkləri əks olunacaqdır. Umeko Tsuda 6 yaşında ikən ABŞ-da təhsil alan ilk yaponiyalı qadınlardan biridir və Tokioda Tsuda Universitetinin əsasını qymuşdur.

1000 yen

1000 yenlik əsginazın ön tərəfində bakterioloq Şibasaburo Kitasato, arxa tərəfində isə ukiyo-e ustası Katsuşika Hokusainin dünyaca məşhur “Kanaqava dalğası” qravürasının təsviri olacaqdır. Şibasaburonun yoluxucu xəstəliklərin qarşısının alınması sahəsində əldə etdiyi nailiyyətlər arasına tetanozun müalicəsinin inkişafı daxildir.

Sevinc Nur © yapon.az 2019