2019-cu il, aprelin 30-da Yaponiyada Heisei dövrü başa çatacaqdır. Yaponiyada yeni dövr (新元号 ⌈şin genqō⌋) başlayır.

İmperator Akihito Payızgülü (lat. chrysanthemum) taxtından cari il, aprelin 30-da imtina edəcək və onun oğlu şəhzadə Naruhito may ayının 1-də imperatorluq dönəminə başlayacaqdır. Bu, 2019-cu ildə Yaponiyada baş tutacaq ən önəmli hadisələrdən biridir. Belə ki, İmperatorun dəyişilməsilə 30 il davam edən Heisei dövrü başa çatacaqdır. Aprelin 1-i 11:30-da Yaponiyanın Baş nazirinin katibi rəsmi şəkildə mətbuat konfransında çıxış edərək yeni dövrün adını açıqlayacaqdır.

Dövrün adı yaradılarkən tətbiq edilən əsas qayda iki sadə çin heroqlifinin istifadə edilməsidir. Ekspertlər yeni dövrün adının müzakirələrini ciddi şəkildə gizli saxlayırlar.

Yaponiyanın Baş nazirinin katibi (内閣官房長官 ⌈Naikaku-kanbō-çōkan⌋) Yaponiya Nazirlər Kabinetinin Katibliyinə rəhbərlik edən məsul şəxsdir. Nazirlər Kabinetinin katibliyinin əsas funksiyası nazirliyin və icra hakimiyyəti orqanlarının siyasətini icra şöbəsində əlaqələndirməkdir.

Başlıq şəkil: İrish Times
Sevinc Nur © yapon.az 2019