Son Comon dövrünə aid saxsı fiqur, b.e.ə. 1000-300 il. Vikipediya - elektron ensiklopediya.
Son Comon dövrünə aid saxsı fiqur, b.e.ə. 1000-300 il. Vikipediya – elektron ensiklopediya.

Dörd ada…

Yaponiya (日本) – şərqi Asiyada “Nihon koku”, “Nippon koku” ada ölkəsinin rəsmi adıdır. Ölkə Oxot dənizinin cənubunda, Çin, Rusiya, Cənubi və Şimali Koreya ilə sərhəddə, Yapon dənizinin cənubunda, Sakit okeanı hövzəsində yerləşir. Gündoğan ölkəsi 6852 adadan ibarət Yapon arxepelaqında yerləşir. Dörd böyük ada – Honşyu, Hokkaido, Kyuşu, Şikoku arxepelaqın 97 %-ni təşkil edir. Əhalisinin sayı 127 milyon nəfərdir. Paytaxt Tokio əhalinin sayı 30 milyon olmaqla dünyanın ən böyük meqapolislərindəndir.

Qədim Yaponiya haqqında ilk yazılı nümunələr I əsr “İyirmi dörd tarix” Çin tarixi mənbələrində verilib. Arxeoloji qazıntılar nəticəsində, Yapon arxepelakına insanların alt paleolit dövründə məskunlaşdığı məlum olub.

Əhali

Yayoi dövründə (b.e.ə. IV – b.e. III əsri) əkinçilik və sənətkarlıq intensiv yayılıb, dəmirçilik sənəti inkişaf edib, dəmir və tunc məlumatların istifadəsinə başlanılıb, ipəkçilik və toxuculuq texnaloqyası meydana gəlib, təbii məhsul mübadiləsi yaranıb. Hesab olunur ki, şəkil çəkmə, dəmir, tuncla işləmək bacarıqları Kyuşu adasına Koreyadan gəlib. Həmin dövürdə ilk aristokrat klanları meydana gəlib,dini inanclarını günəş allahı Amaterasudan götürüblər. Bu dövrün adı ilk gil məhsullarının tapıldığı Yayoi (Tokio) ilə bağlıdır.

Kənd təsərüffatının yaranması ilə tayfa itdifaqları ilk Yaponiya dövlətini yaratmağa başladılar. Sonralar idarəetmə mərkəzi cənuba – məhsuldar torpaqları olan Kinay rayonuna yerləşdirilib. Yamato tayfasının hakimiyyəti altında isə, ölkə birləşməyə başladı.

Arxeoloji tədqiqatların nəticələri sübut edir ki, Yapon arxepelaqı alt paleolit dövründə əhali ilə məskunlaşıb (40 min il b.e.ə. – 13 min il b.e.ə). Comon (13 min il b.e.ə – III əsr b.e.ə) dövründə iqlim dəyişiklikləri ilk insanların təsərüffat fəaliyyətinə yiyələnmələrinə səbəb oldu. Onun əsasını ovçuluq, yığıcılıq və dənizçilik təşkil edirdi. Əvvəllər mövcud olmayan dəniz sahillərində əhali meydana gəldi. B.e.ə. 3-cü əsrdən etibarən sadə sənətkarlıq inkişaf etməyə başladı. Bu dövürdə gildən düzəldilmiş əşyalar dünyada ən qədim arxeoloji tapıntı sayılır və bura qadın fiqurları, qablar aiddir.

Kofun dövründə (III-VI əsr) indiki Nara prefekturasının ərazisində ilk yapon dövləti Yamato yaranıb. Tədricən siyasi hakimiyyət qüdrətli Soqa klanının əlində cəmləşib, imperator isə ancaq ali sintoist rəhbəri olaraq qalırdı. Bu cür vəziyyət hal-hazırdada Yaponiyada qalmaqdadır – imperator mühüm dini ayinləri yerinə yetirir, siyasi hakimiyyət isə nazirlərin və parlamentin əlində cəmləşib.

Asuka dövrü (538-710) buddizimin yayılması ilə tanınıb. Çin nümunəsi ilə yaradılmış mərkəzləşdirilmiş hökümət, “Riçuri” adlanan qanunlar toplusu, qitə fəlsəfəsinin və mədəni ideyalarının təsiri ilə ilk Yapon mədəniyyətinin çiçəklənməsi baş verib. Şahzadə Setokonun (593-621)hakimiyyəti dövründən başlayaraq həftədə bir dəfə bərabər şəkildə dini ayinlər keçirilirdi, 7 gün ərzində bütün ailələr – imperator ailəsindən başlayaraq müxtəlif dini ayinlər icra edir, öz əcdadlarına hörmət rəmzi olaraq ölənləri yada salır, ehramlara və ailə qəbirsanlıqlarına baş çəkirdilər. Bu dövrdə ölkənin paytaxtı Heico`nun (müasir Nara) müəyyənləşməsi ilə sona çatdı.

Nara dövrü (710-794) üçün Yaponiya cəmiyyətinin sürətlə çinliləşməsi, ilk tarixi salnamənin yaranması, mədəniyyətin, əsasən də buddizmin və poeziyanın çiçəklənməsi xarakterikdir. 759-cu ildə ilk yapon poeziya məcmuəsi “Manyesyu” yaranıb. Yaponiya mədəniyyətində özünəməxsusluq formalaşıb.

Paytaxtın Kiyotoya köçürülməsilə Heyan dövrü (794-1185) başlayır. Bu dövrdə çinlilərdən götürülmüş yeni sistem yaradılıb. Sistemə görə, torpaq və onun mülkiyyətçisi imperatorun əmlakı sayılırdı. Buddist rahibləri, böyük torpaq sahibkarları və ölkə sərhədlərini genişləndirən köçərilər vergidən azad olunmuşdu. Getdikcə buddizmin təsiri güclənirdi və bəzi məbədlər rahib döyüşçülərdən ibarət ordu yaradırdı. Bu dövr milli yapon janrlarının meydana gəlməsi, xüsusilə, ədəbiyyatın çiçəklənməsi ilə yadda qalıb. Heca əlifbası – Kanın yaranması, çin dilinin əvəzinə yapon dilinin işlənməsinə imkan yaratdı. Bu dövürdə özünüdərk və assimilyasiya baş verdi. Çiçəklənən sakura ağacından zövq almaq və digər milli yapon bayramları Heyan dövründə imperator sarayında yaranıb. Aristokratlar vaxtlarını çiçəklənən ağacların altında zövqlə yüngül içkilər içərək şeir oxumaqla keçirirdilər. Sakura ağacının kiçik bir müddətə çiçəklənməsində aristoklatlar həyatın tez keçdiyini anlayır, çiçəklərin gözəllikdən zövq alır, cəsarət və təmiz düşüncə hiss edirdilər.

Buddizmin aristokrat sıralarındakı ölümlərə qarşı tutduğu mövqeyə görə ilk samuraylara qarşı nifrət yaranırdı. 1100-ci ildən başlayaraq imperator sarayı döyüşçü klanları arasında baş verən mübarizələri dayandıra bilmirdi. XII əsrdə 2 əsas nüfuzlu hərbi klan mövcud idi: Minamato (və ya Qenci) və Tayra (və ya Henke).

Qenci (1159) üsyanından sonra 2 klan arasında hakimiyyət uğrunda mübarizədən sonra Tayra Kiomori 1168-cı ildən 1178-ci ilədək imperatoru özünə tamamilə tabe etməklə ölkəyə rəhbərlik edib. Tayranın əsas düşməni Minamota klanı və buddizim monastrı olub. Kiomorinin ölümündən sonra Tayra və Minamota klanları arasında hakimiyyət uğrunda mübarizə Minamotanın qələbəsi ilə başa çatan Qempey (1180-1185) müharibəsinə səbəb oldu. Bu da Heyan dövrünün sonu oldu. Minamota Eritomanın iqamətgahı, Yaponiya tarixində növbəti dövrün adı olan Kamakura şəhəri oldu.

Ülvi Əhmədov © yapon.az 2014