Gündə ən azı 20 stəkan qara çay içmək lazımdır
imagesKeizo Nişikavanın rəhbərliyi ilə Osaka Universitetində aparılan tədqiqat nəticəsində qara çayın orta yaşlarda başlayan sümük əriməsinin qarşısını aldığı məlum olub. Tədqiqata əsasən, sümük əriməsinin qarşısını almaq üçün gündə ən azı 20 stəkan qara çay içmək lazımdır.

Alimlər bildiriblər ki, qara çayın tərkibində olan antioksidantlar sümük əriməsinin qarşısını alır. “Ostoeoporoz” adlanan və orta yaşlı insanlarda görülən bu xəstəliklə mübarizədə qara çay içməyin faydalı olduğu qeyd edilib.

Gözlə görünən nəticə əldə etmək üçün 60 kiloluq insanların gündə ən azı 20 stəkan qara çay içməsi məsləhət görülür.

Gülşən Cabbarlı © yapon.az 2015