Bəlkə də ilk dəfədir ki, bütün muzeylərin qapıları bağlanıb. Koronavirusun bu təsiri təbii ki, Yaponiyadakı muzeylərdən də yan keçmədi.

Lakin “Google Art and Culture” ilə bir sıra yapon muzeylərini virtual olaraq gəzə bilərsiniz. Evinizdə, lap elə yatağınızda görməyi arzuladığınız eksponatları virtual olaraq görə bilərsiniz. Virtual gəzinti bir sıra muzeylərə aid edilir:

  1. Fukuoka İncəsənət Muzeyi
  2. Keio Universiteti Kitabxanası
  3. Kobe Şəhər Muzeyi
  4. MOA İncəsənət Muzeyi
  5. Tokyo Milli Müasir İncəsənət Muzeyi
  6. Şizuoka Şəhəri Tokaido Hiroşiqe İncəsənət Muzeyi
  7. Kioi İncəsənət Qalereyası
  8. Osaka Şərq Keramikaları Muzeyi
  9. Naqasaki Atom Bombası Muzeyi
Fukuoka Art Museum

Fukuoka Art Museum /Fukuoka İncəsənət Muzeyi: Qədim və müasir incəsənət nümunələrini özündə birləşdirən muzeydə rəssam Tomita Kaisen-in Nihonga (Yaponiyanın ənənəvi bədii xüsusiyyətlərinə, texnika və materiallarına uyğun olaraq hazırlanan, 20-ci əsrin əvvəllərində meydana çıxmasına baxmayaraq, min ildən çox yaşı olan ənənələrə əsaslanan üslub) üslublu nümunələrindən zövq ala bilərsiniz.

Ziyarət üçün : Daxil olun


Keio University Library

Keio University Library/Keio Universiteti Kitabxanası: Bu vizual gəzintidə siz özünəməxsus ukiyo-e sərgisindən zövq ala biləriniz.

Ziyarət üçün : Daxil olun


Kobe City Museum

Kobe City Museum/ Kobe Şəhər Muzeyi: Ənənəvi yapon incəsənətinin vurğunusunuzsa, kilometrlərcə uzaqda olmağınıza baxmayaraq bu muzeydə gəzib, ruhunuzu dincəldə bilərsiniz.

Ziyarət üçün: Daxil olun


MOA Museum of Art

MOA Museum of Art/ MOA İncəsənət Muzeyi: Bu virtual gəzinti Rinpa-ya (Rinpa– 17-ci əsrdə meydana çıxmış yapon rəssamlıq məktəblərindən biridir. Bu məktəbin sənətkarları əsasən asılmış lövhələrdə, ağacdan hazırlanmış çap kitablarında, qablarda, keramikada və kimono toxuculuqda naxışlarla, rəsmlə məşğul olurdular.) tarixi yapon rəsm məktəblərindən birinə – daha çox fokuslanıb.

Ziyarət üçün: Daxil olun


The National Museum of Modern Art

The National Museum of Modern Art/Tokyo Milli Müasir İncəsənət Muzeyi: Tokyo Avropa və Yaponiyanın müasir incəsənət nümunələri üçün baş çəkməli olduğunuz muzey məhz buradır.

Ziyarət üçün: Daxil olun


Shizuoka City Tokaido Hiroshige Museum of Art

Shizuoka City Tokaido Hiroshige Museum of Art/Şizuoka Şəhəri Tokaido Hiroşiqe İncəsənət Muzeyi: Ukiyo-e fanatları bütün gününü burda keçirə bilər.

Ziyarət üçün: Daxil olun


Kioi Art Gallery

Kioi Art Gallery/ Kioi İncəsənət Qalereyası: İse-kataqami, yəni toxuculuq, boyama, kağız qəliblərlə bağlı incəsənət nümunələri görmək istəyirsinizsə bu virtual gəzinti sizə olduqca zövq verəcək.

Ziyarət üçün: Daxil olun


The Museum of Oriental Ceramics, Osaka

The Museum of Oriental Ceramics, Osaka/ Osaka Şərq Keramikaları Muzeyi: Xüsusi seçilmiş keramika və çini nümunələri üçün bu muzeyə müraciət etmək ən yaxşı seçimdir.

Ziyarət üçün:Daxil olun


Nagasaki Atomic Bomb Museum

Nagasaki Atomic Bomb Museum/ Naqasaki Atom Bombası Muzeyi: Bu muzey, 1945-ci il 9 avqust atom bombası dağıntıları ilə bağlı fotoşəkillərin kolleksiyasından ibarətdir.

Ziyarət üçün: Daxil olun


Bunlar, siyahıya daxil edilən muzeylərdən bir neçəsidir. Siz, Google Art and Culture (Daxil ol) vasitəsilə başqa muzeyləri də kəşf edə bilərsiniz. Qeyd edək ki, Google Street View (Daxil ol) ilə Yaponiya küçələrini öz otağınızdan gəzərək, gözəl memarlıq nümunələrindən, məbədlərdən də zövq ala bilərsiniz.

Gülər Nursu © yapon.az 2020