Yaponiya Tibb Bacıları Assosiasiyası hökumətə müraciət edərək koronavirusa yoluxmuş xəstələrə xidmətin riskli olduğunu nəzərə alaraq tibb bacılarının əmək haqqına əlavə ödənilməsini istəyib. Assosiasiya bu barədə məktubla Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunoboya müraciət edib.

Məktubda bildirilir ki, tibb bacıları COVİD-19-a yoluxan xəstələrlə həkimlərdən artıq vaxt keçirdiklərinə görə onların yoluxma riski də yüksəkdir.

Eyni zamanda, koronavirusa yoluxan xəstələrə qulluq edən tibb bacıları cəmiyyət tərəfindən diskriminasiyaya məruz qalırlar. İşdən sonra evlərinə geri dönərkən taksi sürücüləri onlara xidmətdən imtina edir. Məktəbəqədər müəssisələr isə onların uşaqlarını qəbul etmək istəmirlər.

Mənbə: AzerTag
© yapon.az 2020