Aprelin 17-də, Yaponiya hökuməti yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bütün ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etdikdən sonra, əhalidən qarşıdan gələn Qızıl Həftə tətil günlərində səyahət etməmələrini xahiş edib və məsələyə daha ciddi yanaşmağa çağırıb.

Sosial media vasitəsilə keçirilən yığıncaqda Milli İdarəçilər Birliyinin üzvləri aprel ayının sonundan başlayan tətil günlərində insanların doğmalarını ziyarət etmək məqsədilə şəhər və rayonlara, eləcə də turist səfərlərinə getməməyə çağırıb.

Tokuşima Prefekturası Assosasiyasının rəhbəri Kamon İizumi ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra, “Qızıl Həftə ərzində kütləvi köçün baş vermə ehtimalı yüksəkdir” – deyə bildirib. “Virusun yayılmasının qarşısını alma mərhələsindəyik. Bütün qubernatorlar birləşərək bu çətin vaxtların öhdəsindən gəlmək istəyirik” – vurğulayıb.

Bəziləri daha sərt tədbirlər görməyə çağırıblar. Toçiqi Prefekturasının qubernatoru Tomikazu Fukuda, “prefekturaları gəzmək ciddi şəkildə məhdudlaşdırılmalıdır. Bununla yanaşı, qanunvericiliyin inkişaf etdirilməsini də düşünməliyik”, – deyib.

Qubernatorlar, həmçinin, mərkəzi hökuməti iş dayandırmalarını kompensasiya etməyə çağırıb. Yerli şirkətlərə maliyyə yardımı tədbirləri çərçivəsində 1 trilyon yen (9.3 milyard dollar) məbləğində xüsusi subsidiyaların verilməsi təklifi irəli sürülüb.

Xatırladım ki, aprelin 7-də Tokio, Osaka, Fukuoka, Çiba, Kanaqava, Saitama və Hyoqo prefekturalarında fövqəladə vəziyyət elan edildikdən sonra, baş bazir Şinzo Abe aprelin 16-da digər 40 prefekturada da fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərar verib.

Daha öncə fövqəladə vəziyyətdən üzüağ çıxan Hokkaido adası da bu siyahıya daxildir. Vətəndaşlardan adaya səyahət etməmək xahiş olunur.

Fövqəladə vəziyyət şəraitində insanlardan “mənfi” çıxışlar etməkdən çəkinmələri xahiş olunur.

Qubernatorlara virusa qarşı mübarizədə istifadə üçün şəxsi torpaqları və tikililəri istismar etmək, onları satmaqdan imtina edən şirkətlərdən ehtiyyat dərmanlar və ərzaq almaq səlahiyyətləri verilir. Alınan qərara əməl etməyənlərin cəzalandırılacağı bildirilib.

Xəyalə Əlizadə © yapon.az 2020