yapon.az, bu gün üçün ən yadda qalan maraqlı hadisələri təqdim edir:

1.Keçmiş diplomat, Baş Nazir Məsləhətçisi Yukio Okamoto covid19 virusu səbəbindən dünyasını dəyişib.

YUKIO OKAMOTO

2.Dünən səhər saatlarında Tokyoda velosipedi ilə yolu keçən 14 yaşlı Yota Nenoi-ni yüksək sürətlə vurub, hadisə yerindən uzaqlaşan maşının sürücüsü bu gün həbs edilib. 14 yaşlı uşağı xəstəxanaya çatdırsalar da onu xilas etmək mümkün olmayıb. Sürücü hadisədən qorxaraq dostunun evinə gedib, lakin dostu polisə zəng vurmaqla bağlı təkid edib. Yerlilər, hadisə yerindən qaçdığına görə ona daha çox cəza verilməsini tələb edirlər.


3.Yaponiyada bəzi prefekturalarda covid19 virusuna tutulanların sayında artım olmadığından bir sıra mərkəzlər ardıcıl olaraq işlərini bərpa etməyə başlayıblar. Uniqlo artıq 48 mağazasına işə başlamaqla bağlı göstəriş verib, Aeon Co şirkəti də Aeon Mall mərkəzinin fəaliyyətə başlayacağını bildirib. 3 həftə sonra işə başlayan Kinokuniya kitab mağazasının qarşısında yüzlərlə insan görə bilərsiniz. Onların demək olar ki, hamısı yeni çıxan “Animal Crossing” oyununu almaq üçün səhər saatlarından mağazaya üz tutublar. Bəzilər isə hələ açılışlar üçün tez olduğunu deyir. Bildirək ki, bu gün də daxil olmaqla ölkə üzrə covid19 virusuna tutulanların ümumi sayı 15.500, ölənlərin sayı isə 590 nəfər olaraq bildirilir.


4.Çoxdandır gözlənilən “Anamın atom bombasından xilas olan pianinosu” お母さんの被爆ピアノ” (okasan no hibaku piano) filminin iyul ayında yayımlanacağı açıqlanıb. Filmdə əsas rollardan biri idol, AKB48-in üzvü Tomu Muta-dır. Film İDM-də atom bombasının ailə dəyərləri və xatirələrinə vurduğu zərbəni pianinonun ətrafında göstərir. Çəkilişlər başda Hiroşima, Fukuyama, İbaraki prefekturası olmaqla bir sıra fərqli yerlərdə aparılıb.


5.İyul və avqust ayında Filippin, Manilada keçirilməsi nəzərdə tutulan Eiga Sai Yapon Film Festivalının mövcud vəziyyətlə əlaqədar olaraq təxirə salındığı açıqlandı. The Japan Foundation bildirib ki, festivalın bu il keçirilməsi üçün uyğun vaxt gözləniləcək.


6.Wit Studio-nun “Great Pretender” animesi üçün ilk reklam çarxı yayımlanıb. Animenin təqdimatı 2 iyunda Netflix-də (Yaponiyada) həyata keçiriləcək. Daha sonra isə digər ölkələrdə göstəriləcək.
Rejissor Tsutomu Mizuşima bildirmişdi ki, “Girls und Panzer das Finale” film seriyasının 4-cüsünü bu ilin sonuna qədər təqdim etmək üçün işlərə başlayıblar. Bu həftə isə heyətin artıq redaktə işlərinə başladığı və yaxınlarda da səsyazma üçün işlərə başlayacaqları haqqında açıqlama ediblər.
Mamoru Oshii’s Vladlove” animesinin təqdimatı covid19 səbəbindən gecikəcək. “Heyətin sağlamlığını qorumaq indi daha vacibdir” Ichigo Animation bildirib.
The legend of Super Normal City Kashiwa” animesinin ilk təqdimatı iyulun 6-sı Chiba TV-də həyata keçiriləcək. İlin sonunda isə 4-cü mövsümün hazırlıqlarına başlanacaq. Yeni başlıq “Legend of Super Normal Pref.Chiba” olacaq.
Princess Connect! Re: Dive” oyununun anime versiyasında iştirak edəcək yeni üzlər açıqlanıb. Kana Hanazava (Aoi olaraq), Mariko Kouda (Misato olaraq), Ayaka Ohaşi (Hatsune olaraq) heyətə qoşulub.
Televiziya üçün anime adaptasiyası olan “Super Cub Motorbike“ın heyət üzvləri açıqlanıb. Belə ki, Koquma kimi Yuko Yomiçi, Reiko kimi Ayaka Nanase-nin olacağı bildirilib.


7.Hey! Say! JUMP qrupu GYAO! platformasında surpriz olaraq yeni mahnıları “Stupid”i yayımlayıblar. Yayımlanan videoda üzvlər özü olmasalar da videonun stili fanları həddindən artıq razı salıb.

Gülər Nursu © yapon.az 2020