Son illərdə bu oyun, dünyada daha geniş izləyici kütləsi toplamağa başlayıb. “Otome” sözü Azərbaycan dilində “qız“, “xanım” deməkdir.

Foto: Queen of Flowers

Bu oyun demək olar ki, qızlar üçün yaradılıb. Oyunda sizə təklif edilən seçimlərlə həyat yolunuzu müəyyənləşdirib, digər obrazlarla romantik əlaqələrinizi gücləndirirsiniz. Otome oyunları, vizual romanlardan yaradılıb. Oyunlarda mənfi obrazlar, həddindən artıq yaraşıqlı oğlan obrazları olur. Siz, bəlkə də şair, döyüşçü, yaxud rəssamla birlikdə ola bilərsiniz, amma qarşınıza çıxan seçimləri ağıllı seçməlisiniz. Çünki oyunların eyni sonluğu yoxdu, bütün sonluqları oynayan şəxsin öz seçimi ilə əlaqədardır. İlk dəfə 1994-cü ildə təqdim edilən otome oyunları, Yaponiyadan digər Asiya ölkələrinə, daha sonra isə Qərb ölkələrinə üz tutdu. Hazırda bu oyunları simulyasiya eynəkləri ilə oynamaq üçün də şərait yaradılıb.

Gülər Nursu © yapon.az 2020