Dünyanın ən maraqlı mətbəxlərindən biri Yaponiya mətbəxidir. O, çox müxtəlif, füsunkar görünüşlü, son dərəcə təbii, eyni zamanda, organizm üçün kifayət qədər xeyirlidir.

gt

Yaponlar demək olar ki, piylənmədən əziyyət çəkmir, başqa ölkələrin sakinlərinə nisbətən daha çox yaşayırlar. Az xəstələnir, eyni zamanda, özlərinə sərhəd qoymadan hər şeylə qidalanırlar. Yaponiyada sağlamlığın və uzun ömürlülüyün sirri – dadlı, sağlam, enerjili və eləcə də, yüksək əhval ruhiyyə verən yeməklərdir. Dəniz məhsulları, balıqlar… Həftədə üç dəfə nahar zamanı balıqdan istifadə etmək va ya gündə 30 q balıq yemək infarktın yaranması təhlükəsini 50 % azaldır. Bu, balığın tərkibində hüceyrə membranlarına yaxşı təsir göstərən Omeqa-3 piy turşularının olması ilə əlaqəlidir. Həqiqətən də statistikaya görə, müntəzəm olaraq balıq yeyən yaponiyalılar və eskimoslar ürək-damar xəstəliklərindən, öz qida rasionlarında balıqdan daha gec-gec istifadə edən xalqlardan az əziyyət çəkirlər.

Avropalıların böyük əksəriyyəti üçün Yaponiya mətbəxi suşi və rulolardan ibarətdir. Suşi həqiqətən də Yaponiyada ən sevilən yeməklərdən biridir. Buna görə də, Yaponiya mətbəxi deyən kimi ağıla suşi gəlir.

45969
Qeyd etmək lazımdır ki, Yaponiya mətbəxinin əsasını ərzaq çatışmazlığı qoyub. Bitki və heyvan ötrütüyün azlığı bu ölkənin əhalisinə gündəlik qidaya hömətlə yanaşmağı, adi, sadə yeməklərə maksimum estetik görkəm verməyi öyrədib. Yanacaq çatışmazlığı isə, yaponları alaçiy yeməyə məcbur edib. Çörəklə yaponlar demək olar ki, bir neçə on illiyə qədər ümumiyyətlə tanış olmayıblar.

Yaponiyada klunariyanın yaranma tarixi düyünün becərilməsinə başlanılması ilə eyni vaxta düşür. Əfsanəyə görə, düyü Yaponiyaya 2500 il bundan əvvəl ilahə İnari-sama tərəfindən göndərilib. Düyü Yaponiyada hər şey olub: qida və pul. Bütün dövrlərdə, xüsusilə də, aclıq və müharibə dövründə. Başçılar düyünü xüsusi anbarlarda – okura`da saxlayırdılar. İndi də Yaponiyada Maliyyə Nazirliyi Okura-se (anbarlar naziri) adlandırılır.

© yapon.az 2014