Yaponiya yeməkləri dedikdə ağlınıza ilk nə gəlir?! Təbii ki, ən məşhuru “suşi”dir, elə deyilmi?! Qiymətlərinə görə suşi restoranları arasında fərqlər çox böyükdür. Yüksək səviyyəli restoranlarda suşi neçə min “yen”ə (¥ – Yaponiyanın pul vahidi) başa gəlir. “Suşi yemək istəyirəm, amma qiymətinə görə narahatam” deyənlər üçün həm ucuz, həm də dadlı olan Kaiten Suşi (回転寿司) restoranlarına getməyi məsləhət görürəm.

Kaiten suşi, “karusellər” kimi suşilərin dövrə vuran masalarda suşilərin təqdim olunduğu restoranların adıdır. İlk dəfə gedənlər üçün bu qeyri-adi görünə bilər. Hərəkət edən (dönən) masanın üstündə olan istədiyin suşini götürüb yeyirsən. Sifarişinizi restoran işçisinə də verə bilərsiniz. Qabın rəngi ilə qiyməti bilmək olur. Bir qabın qiyməti 100-300 ¥ arası dəyişir. Yedikdən sonra işçilər sizin yediyiniz qabın sayına uyğun qiyməti hesablayırlar (öz yediyiniz qabı başqa müştərinin masasına qoymaq olmaz 🙂 ).

Son zamanlar elektron monitordan şəkilə baxa-baxa seçə biləcəyiniz suşi restoranlarının da sayı artmaqdadır. Yaponiya getsəniz mütləq kaiten suşidə suşi dadmağı unutmayın.

Qeyd edim ki, həmin restoranlarda çay pulsuzdur.

kaiten sushi

Şəkil: S.N.
Müəllif: Baku Kazeko 
Tərcümə: Gülşən Cabbarlı © yapon.az 2017