Yaponiyada xəstə-həkim münasibəti necədir?

Həkimlərə çox sual vermək normaldırmı?
bu və digər əlaqəli məsələlər bu yazıda

Xəstəxana və həkimlər

Yaponiyada sağlamlığınızla bağlı dövlət (özəl və ya ümumiləşdirilmiş kiçik xəstəxanalarda həkimlərin də sayı az olur. Hətta bir nəfər). müəssisəsinə müraciət etdikdə siz xəstəxananın pasienti olursunuz, nəinki həkimin. Müraciətinizin ilk günündən siz xanım və ya bəy həkimin müayinəsinə düşmək istədiyinizi bildirə bilərsiniz. İstədiyiniz vaxt həkimlə məsləhətləşmək üçün əlaqə yaratmağınız mümkün deyil. Bütün hallarda siz yalnız xəstəxanaya müraciət edirsiniz və köməkçilər özləri sizin probleminizi həkiminizlə əlaqə saxlayaraq və ya onsuz həll etməyə çalışırlar. Sizin müalicəniz dövründə hətta həkim xəstəxanadakı işindən ayrıla da bilər və bu zaman sizə məlumat verilərək həkiminiz dəyişir.

Qeyd edim ki, Yaponiyada qadın həkim tapmaq (xüsusən də gecə növbəsində) çətin məsələdir.

Çox sual

Müraciət etməli olduğum bütün məsələlərdə kifayət qədər araşdırıb, bilgi əldə edib, sonra müraciət etmişəm və həmişə də konkret, çox sayda sual vermişəm. Əksər hallarda həkimlərin “dodağının qaçdığının” şahidi olmuşam. Burda qayda budur, həkim dedi vəssalam, get əməl et.

Təcili tibbi yardım

Təcili tibbi yardım isə çox bahadır. Doğum üçün xəstəxanaya özünüzü çatdırmaq üçün sizə taksidən istifadə etməyi (hətta) xəstəxana özü belə “tələb” edir. Əgər gecə saatlarında hansısa ağrı tutması ilə daha öncə yazıldığınız xəstəxanaya müraciət etsəniz, lakin daha öncə məhz məsələn, mədə ağrısından həkimə yazılmamısınızsa yaşadığınız yerdən asılı olaraq, onlar sizi başqa təcili yardıma yönləndirəcəklər.

Deyilənə görə, təcili tibbi yardım maşınlarını çox vaxt gecə saatlarında çağırtdırıb taksi kimi istifadə etdikləri üçün onlar çağırışa getmirlər. Çağırış çox bahadır və onu xəstəxana deyil, məhz çağırışçı ödəməlidir.

Sığorta sistemi

Siz Yaponiyada yaşadığınız müddətdə sığortalanırsınız və xəstə olub-olmamağınızdan asılı olmayaraq, aylıq sığorta pulu ödəyirsiniz. Bunun hesabına həkimə müraciət etdiyinizdə dövlət müalicənizin 70 faizini sizin yerinizə ödəyir.

Xəsatəxanalarda qiymətlər standart deyil. Çox qəribə görünsə də dövlət müəssisələrində bahalı müalicə dişdir və burada sığortaya daxil olmayan “məsələlər” var.

Dərmanlar

ypheim (1).jpg

Əczaçılar savadlı və hər şeyi nəzərə alan ixtisaslaşmışlardır. Siz həkim tərəfindən yazılan resepti aptekə təhvil verəndə hər dərman preparatı ayrıca üstündə ad, soyad və müraciət etdiyiniz gün, dərmanın adı, sayı, atacağınız günlər, yeməkdən əvvəl və ya sonra və s. qeyd edilən kağız bağlamada veriləcəkdir. Verərkən hər birini ayrılıqda sizə bir daha izah edəcək və bir daha mühüm hesab etdikləri məsələləri soruşacaqlar. Dili bilmirsinizsə elə oradaca bildiyiniz dildə özünüz bağlamanın (bağlamaların) üstündə qeydlərinizi apara bilərsiniz.

Unutmadan, xüsusi dəftərçə də əldə edə bilərsiniz. Bu dəftərçəyə aptekdə sizə verilən dərmanların adı yapışdırılır gün, ay və il qeyd olunur. Beləcə, gələcəkdə müraciət etmiş olacağınız aptek və həkimlər atdığınız dərmanlar haqqında bilgi almış olacaqlar.

Əgər həkim sizə 3 gün, gündə 3 dəfə olmaq şərtilə tabletka və yaxud maye şəklində hər dəfəsində, məsələn, 5 ml dərman qəbulunu məsləhət görübsə, apteklərdə sizə məhz gün və sayı nəzərə alaraq dərman verəcəklər (milliqram belə ehtiyat naminə yalnız bir dəfə üçün artıq nəzərdə tutularaq qablaşdırıla bilər. Yəni, 3 gün, gündə 3 dəfə 5 ml dərmanın son 5 ml-ı 4-cü günün səhər istifadəsinə qala bilər. O da artıq lazımsızdır).

Əgər aptekdə sizin istədiyiniz dərmanın eynisi yoxdursa mütləq alın, “tərkibi eynidir”, “bu daha yaxşıdır” deyə israr etməyəcəklər. Yaxınlıqdakı digər apteki məsləhət görəcək və hətta sizə orada daha yaxşı mütəxəssislərin ola biləcəyini deyəcəklər. Reseptsiz gəlmisinizsə sizə həkimə getməyi məsləhət görəcəklər. Apteklər mütləq dərmanı satmaq üçün çalışmır. İnsanların sağlamlığına xidmət etmək üçün çalışır.

Lakin yalnız bir dəfə özəl xəstəxananın qəbulunda oturan qadın tərəfindən “filan aptekə getməyin” kəliməsini eşitdiyimi də deməliyəm.

Başlıq şəkil tofugu.com
Sevinc Nur © yapon.az 3 iyun 2015
2017 yenilənib