Yaponiya höküməti velosiped sürənlərlə bağlı yol hərəkəti qaydalarını sərtləşdirir.

Qəbul edilmiş qanunlar iyun ayının 30-undan qüvvəyə minəcək.
14 yaşdan yuxarı olan və digər avtomobillərin hərəkət etdiyi yolda velosiped sürənlər 3 il ərzində 2 dəfə qayda pozuntusu edərsə məcburi “yol hərəkəti qaydaları” kursuna getməlidirlər. Kursu müvəffəqiyyətlə keçmədikləri halda 50.000 yen cərimə ödəməlidirlər. Velosipedlərin yollarda davamlı siqnal verməsi, başqa avtomobilin yolunu kəsərək irəliləməsi qadağan ediləcək.

Qaydaların tətbiq edilməsində covid19 virusunun da rolu var. Son aylarda ictimai nəqliyyatı istifadə etmək istəməyən və velosipeddən istifadə edənlərin sayı artıb. Bu da özü ilə birgə velosiped qəzalarının sayının artmasını gətirib.

Keçən il 26.687 velosiped qəzası baş verib. Lakin qəzanı törədənlərdən yalnız 328-i yol hərəkəti qaydaları kursuna gedib. Eyni zamanda [2019-cu ildə] 80.473 avtomobil qəzası velosipedin təhlükəli istifadəsinə görə baş verib və bu qəzalarda 433 nəfər həyatını itirib.

Gülər Nursu © yapon.az 2020