Gündüz saatlarında NHK kanalının verdiyi məlumata görə, rəsmilər sunami (tsunami) təhlükəsi olacağı barədə xəbərdarlığı geri çəkib. Belə ki, sahilə “vuran” dalğaların hündürlüyü gözləniləndən az olub.

Noyabrın 22-si yerli vaxtla 06:00-da Yaponiyanın şərqində Rixter cədvəli ilə 6,9 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Fukuşima prefekturasının sahil zolağında 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ paytaxt Tokioda da hiss olunub.

Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib. 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılıb.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyada 18.000 nəfərin həlak olduğu zəlzələ məhz Fukuşima AES-da da dağıntı törətmişdi.

Sevinc Nur © yapon.az 2016