Yaponiyanın Kanaqava prefekturasında yaşayan Takahiro Şiraişinin evində hissələrə bölünərək soyuducuda saxlanılan cəsədlər tapılıb. Ardıcıl cinayətlər törədən qatil, uzun müddətdən sonra xüsusi detektiv agentliyi tərəfindən tapılaraq həbs olunub.

Takahiro Şiraişiyə ikinci həbs qərarı oktyabrın 18-də yoxa çıxan Yokohama sakini Kazumi Maruyama’nın öldürülməsi ilə əlaqədar verilib. 27 yaşındakı Şiraişi, Maruyamanın cəsədini Zama’dakı mənzilində gizlədib. İstintaq mənbələri bildirir ki, Maruyamaya məxsus mobil telefon Şiraişinin evindən aşkar edilib.

takahiro shiraishi
Takahiro Şiraişi

Evində tapılan cəsədlərə əsasən, onlardan səkkizi qadın, biri isə kişi olub.  Qətlə yetirilənlər 16-26 yaş arasında olublar. Onların şəxsi işlərinə baxdıqda Twitter hesablarında intihar düşüncəli mesajlara rast gəlinib. Polisin rəyinə görə, həmin şəxslər qatil ilə internet vasitəsi ilə əlaqə saxlayıb, bu istəklərini qatilə bildiriblər. Lakin polisin açıqlamasına zidd gedən qatil hər birinin zərbədən öncə aman diləməsini xüsusi vurğulayıb.

Bu açıqlamalar bütün Yaponiyanı şoka salıb.

Takahironun yaxalanması isə axırıncı törətdiyi cinayət hadisəsindən sonra baş tutub. Öldürdüyü qadın Aiko Tamuranın 23 yaşı olub və o, oktyabrın 23-də itkin düşüb.

Takahiro Şiraişi'nin 9 qurbanını öldürdüyü Zama'daki "dəhşət evi" (mərkəzdəki). PHOTO: EPA-EFE
Takahiro Şiraişi’nin 9 qurbanını öldürdüyü Zama’daki “dəhşət evi” (mərkəzdəki). PHOTO: EPA-EFE

Qatilin öldürdüyü güman edilən daha yeddi nəfərin taleyi ilə bağlı araşdırma aparılır. İstintaq davam edir.

Gülşən Cabbarlı © yapon.az 2017