“Komatsu” şirkətinin rəhbəri Satoru Anzai, ölmədən öncə hər kəsə təşəkkürünü bildirmək üçün şənlik təşkil edib

Artıq hər kəs özündən sonra təşkil edilən yas mərasimi yerinə, özünün də iştirak edə biləcəyi “yas mərasimi” təşkil etmək istəyəcək

Xərçəng xəstəliyindən əziyyət çəkən “Komatsu” şirkətinin rəhbəri Satoru Anzai, ölmədən öncə hər kəsə təşəkkürünü bildirmək üçün şənlik təşkil edib. Həkimlərin yazdığı dərmanların əks göstərişlərini nəzərə alaraq 80 yaşlı biznesmen, həyatının son günlərini yaxınlarına, dəyər verdiyi insanlara təşəkkürünü bildirərək sonlandırmaq istəyib.

Şənlik divarlardan Satoru Anzainin “həyat albomunun” rəsimləri ilə bəzədilmiş Tokyoda yerləşən otelin banket zalında təşkil edilmişdir. Satorunun sevimli rəqs ifaları ilə yanaşı, həyatı boyu rastlaşdığı maraqlı hekayələr ilə şənlik, rəngarəngliyi ilə digərlərindən fərqlənib.

Mərasimdə bu günə kimi işlədiyi biznes partnyorları, dostları və yaxınları iştirak edib. İştirak edən bütün qonaqlara bir-bir təşəkkürünü bildirərək sağollaşan Satoru, ölmədən öncə hərkəsə təşəkkürünü bildirmək şansından istifadə etdiyinə görə xoşbəxt olduğunu bildirib.

“Çox maraqlı ideadır. Mən özüm də xərçəng xəstəliyindən əziyyət çəkirəm. Bu şənlik məni də belə bir şey etmək barədə düşündürmədi deyə bilmərəm. Bu, yaxınlarımıza təşəkkürümüzü bildirmək üçün əla fürsətdir” – şənlik qonağının çıxışından bir parça.

Yaponiyanın öndə gedən media orqanlarının məlumatına əsasən, yeni trendin tezliklə bütün dünyada yayılacağı güman edilir. Artıq hər kəs özündən sonra təşkil edilən yas mərasimi yerinə, özünün də iştirak edə biləcəyi “yas mərasimi” təşkil etmək istəyəcək.

Gülşən Cabbarlı ©yapon.az 2017