Bu gün “Araşi” (嵐 – “Fırtına”) J-pop qrupu Sapporoya gəlir

Sapporo. Sevinc N. (yapon.az)

klbo43u.jpg1999-cu ildən fəaliyyət göstərən 5 nəfərdən ibarət olan qrup “Johnny & Associates” agentliyinə məxsusdur. Hazırda Yaponiyanın ən məşhur idol qruplarından biridir.

Oricon`un (Yaponiyanın musiqi və musiqi sənayesi haqqında statistika yayan şirkət. 1967-ci ildən fəaliyyət göstərir.) məlumatına görə, qrupun təkcə “Boku no miteiru fukei” (僕の見ている風景, 4 avqust 2010) adlı albomu 2010-cu ildə Yaponiyada ən çox satılan musiqi albomu olmayıb. Belə ki, qrupun ilk 10 illik fəaliyyəti zamanı işıq üzü görən singlları az qala ölkədəki reytinqi AKB48 qrupu ilə bölüşüblər.