Noyabr ayının ortalarından dekabrın 25-nə kimi Sapporo (Hokkaido, Yaponiya) şəhərinin mərkəzi parkı Odoridə qış işıqlandırılması keçirilir.  Ötən il parkda yaradılan kosmos, Milad bayramı mövzularında mərkəzi obyektləri işıqlandırmaq üçün 520,000 ədəd yüngül ampullu lampalardan istifadə olunub.

Burada, həmçinin, dekabrın sonlarına qədər açıq olacaq “German Christmas Market in Sapporo”da Rusiya, Hollandiya, Almaniya, Fillandiya və s. kimi ölkələrdən Milad bayramı və digər aksesuar və hədiyyələr əldə etmək mümkün olur.

Canlı musiqi, soyuq hava, lakin isti ab-havada müxtəlif təamlar, şiriniyyatlar və qəlyanaltılar da dadmaq mümkündür.

Ümumiyyətlə, hazırda Yaponiyanın müxtəlif şəhərlərində keçirilən qış gecə işıqlandırılmaları ənənəsinin başlanmasının tarixi məhz Sapporo ilə bağlıdır və bu hadisə 1981-ci ilə təsadüf edir.

Görüntüləri sizə təqdim edirik:

Sevinc Nur © yapon.az 2016