Əsasən şamlarla işıqlandırılmış kiçik qardan heykəllər festivalı rəsmi şəkildə Otaru Qar İşıq Cığırı/Yolu Festivalı (小樽 雪 あ か り の 路 ⌈otaru yuki akari no miçi⌋) kimi adlandırılır. Otaru şəhərində hər il fevral ayında keçirilən bir qış festivalıdır. Festival müddəti şəhər on gün ərzində işıq və kiçik qar heykəllərilə bəzədilir.

Festival, adətən yaxınlıqdakı Sapporo Qar Festivalı ilə eyni vaxtda davam edir, bu da Hokkaidoya gələn turistlərin eyni səfərdə hər iki festivalı ziyarət etmələrini təmin etmək məqsədi daşıyır.

Qarlı şəhər, buzlar, qurumuş yarpaqlar və parlaq fənərlərin birləşməsi nağılvari ab-hava yaradır. Bundan əlavə, bir çox yerli sakinlər də dükanlarının və yaşayış yerlərinin qarşısında fənərlərdən kompozisiyalar qoyurlar və bu da festivalı daha rəngarəng edir. Yağan qar, Otaru kanalında üzən fənərlər və onların əksi, buz kimi hava, nöyüt lampaları romantik bir ab-hava da yaradır… səyahət edənlər piyada şəhər atmosferindən rahatlıqla həzz ala bilirlər…

Başlıq şəkil müəllifə aiddir
Sevinc Nur © yapon.az 2020