Sapporo Yuki Matsuri

Qar Festivalı (さっぽろ雪まつり ⌈Sapporo yuki matsuri⌉) Sapporoda qış fəslində təşkil edilən ən maraqlı tədbirlərdən biridir və burada çoxsaylı yerli və əcnəbi turistlər iştirak edirlər.

Sapporo festivalının yaranması 1950-ci ildə şəhərin mərkəzi – Odori parkında qardan altı fiqur düzəltmiş orta məktəbin yuxarı sinif şagirdlərinin adı ilə bağlıdır. Qonşu Makomanaidən gələn müdafiə qüvvələri 1955-ci ildə Qar Festivalına qoşulur və ilk dəfə genişhəcmli buz və qar heykəllər yaradılır və bununla da festival kütləvi hal almağa başlayır.

Deyilənə görə, əvvəllər də Sapporoda qardan fiqurlar düzəltməklə festivalın yaradılmasına təşəbbüslər edilib. lakin II Dünya müharibəsi zamanı saxlanlıb.

1953-cü ildə festival çərçivəsində ilk dəfə 15 metr hündürlüyündə fiqur – Şyoten quraşdırılır. Artıq 1959-cu ildə, festivalın 10 illiyi zamanı fiqurların hazırlanmasında 2500-dən artıq həvəskar heykəltəraş iştirak edir, mətbuat festival haqqında ilk dəfə geniş məlumatlar yayılır.

1972-ci ildə Sapporonun Qış Olimpiya Oyunlarının mərkəzi seçilməsi isə festival haqqında artıq Yaponiyadan çox-çox uzaqlarda, bütün dünyada məlumatların yayılmasına səbəb olur.

Beynəlxalq qar fiqurları mövzusunda yarış ilk dəfə Odori parkda 1974-cü ildə baş tutub və 2008-ci ildə dünya üzrə 14 komanda burada yarışıb. Həmin ildə enerji böhranı yaşandığı üçün fiqurların hazırlanmasında yapon dramlarından (drum – nağara) istifadə edilib.

Beləliklə, hər il fevralın ikinci həftəsi təşkil edilən Sapporo qar və buzda hazırlanan fiqurlar festivalı artıq məşhur beynəlxalq tədbirə çevrilib və davam etdiyi bir həftə ərzində öz ətrafına milyonlarla insan toplayır. Təqribən 400-dək qar və buz fiqurlar hazırlanır (2007-ci ildə 307 ədəd fiqur olub). Burada buz və qardan quraşdırılmış müxtəlif, xüsusilə də, həmin il baş verən və cəmiyyətdə daha çox müzakirə olunan və səs-küyə səbəb olan mövzularda əsərlər işlənir.

Festivalın ilk iki günü ərzində tamaşaçıların verdiyi səslərə görə tədbirin ən yaxşı fiqurları müəyyən edilir və onların müəlliflərinə xüsusi mükafatlar təqdim edilir.

Festival çərçivəsində müxtəlif sərgilər, səhnəciklər təşkil edilir, yüksəkdən sürüşmə yarışları və s. keçirilir.

Eyni zamanda, iştirakçılar yapon milli yeməkləri ilə tanış ola, xatirə hədiyyələri də ala bilərlər.

2007-ci ildə 58-ci Qar Festivalına bütün dünyadan 2 mln-dək insan iştirak edib.

Sevinc Nur © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma