Heç düşünmüsünüzmü, niyə yaponlar öz ölkələrinin adını çəkəndə bəziləri “Nippon”, bəziləri isə “Nihon” deyir?

Tokyo və Osakada 日本橋 – “Yapon Körpüsü” adlanan yer var, hansı ki, Tokyoda bu körpüyə “Nihonbaşi”, Osakada isə “Nipponbaşi” deyirlər. Bundan başqa 1000 yenlik əskinasın arxa tərəfində Yaponiya Bankı “Nippon Ginkou” sözü yazılıbdır. Əskinasları buraxan Yaponiya Bankının rəsmi adı “Nippon Ginkou”dur.

Bəs 日本 heroqlifinin düzgün oxunuşu hansıdır? ”Nippon” yoxsa ”Nihon” ?

İstər “Nippon”, istərsə də “Nihon” deyə tələffüz etmək, hər ikisi də doğrudur. 日本 kimi adı 1 cür yazılsa da, iki cür oxunan ölkələr çox azdır. Həm “Nippon”, həm də ”Nihon” qədim zamanlardan bəri istifadə olunur.

“Yaponiya” sözü qədim ticarət yolları vasitəsilə qərbə gəlmişdir. Yaponiya sözünün qədim mandarin və ya U dilindəki tələffüzünü Marko Polo (吳語) Cipangu kimi qeyd etmişdir. U dilinin dialekti olan müasir Şanxay dialektində 日本 (Yaponiya) işarələrinin tələffüzü beynəlxalq fonetik əlifbadakı [zeppen] şəklindədir. Qədim malay dilində Yaponiya üçün istifadə olunmuş “Capun” və ya “Capanq” sözü çin dilinin cənub sahilinin dialektlərindən (güman ki, Fukkin və ya Ninqpo dialektlərindəki Cibpenkuo sözündən) alınmışdır. XVI əsrdə Malakkaya gələn Portuqaliya tacirləri bu malay sözü ilə tanış olmuşdular. “Yaponiya” sözünü ilk dəfə Avropaya gətirənlər portuqallar idi. İngilis dilində bu söz ilk dəfə Qaipan şəklində 1565-ci ildə qeydə alınmışdır.

XVI əsrin II yarısından XVII əsrin əvvəllərinə qədər Portuqaliya və İspaniyadan xristianlığı yaymaq üçün çoxlu missionerlər gəlmişdir. Yapon dilini öyrənmək üçün missionerlər öz dillərində yapon sözlərinin mənasını və istifadəsini izah edən lüğətlər tərtib etdilər. Bunlardan biri İsa Cəmiyyətinin (Society of Jesus) missionerləri tərəfindən redaktə edilmiş (日葡辞書) “Yapon-Vyetnam lüğəti”dir. Bu lüğətdəki “葡” (Po) heroqlifi Portuqaliyanın adı ilə bağlıdır və 1603-1604-cü illərdə nəşr edilmişdir. Həmin lüğətdə Yaponiyanın adı “Nippon” və ya “Nifon” deyə yazılıbdır.

Niyə qədim zamanlardan bəri “Nippon” və ”Nihon” adlı iki ad var?
“日本” sözündəki “日” kancisi “niçi” (həmçinin “citsu”), “本” isə “hon” kimi tələffüz olunur. Keçmiş dövrlərdə ”Niçihon” sözü ”Nippon” deyə tələffüz edilməyə başlandı. Beləliklə də Yaponiyaya “Nihon” deməyin daha yumşaq bir üsulu yarandı və hər iki söz olduğu kimi istifadə olunmağa başlandı.

Yaponiya hökuməti 2009-cu ildə “Nippon” və ya “Nihon”un rəsmi ad olması ilə bağlı qərar qəbul etdi. “Nippon” və ”Nihon” oxunuşlarının hər ikisi də geniş şəkildə istifadə olunur, ona görə də bu və ya digərini standartlaşdırmağa ehtiyac yoxdur.” deyə hökumət ”Yaponiya”nın adının hər iki şəkildə tələffüz edilə biləcəyini qəbul etdi.

「日本」adının Çinin şərqində yerləşdiyi və Çindən baxıldığında günəşin doğduğu ilk ölkə olduğunu bildirən bir nəzəriyyə var. Həmçinin Yaponiyanın köhnə adı “Yamato” idi, lakin ”Yamato”dan əvvəl 「日の本の」(Hi no hon no), daha sonra isə 「日の本のやまと」(Hi no hon no yamato) adlandırılmışdır. Bəziləri「日本」adının “Günəşin Mənşəyi -日の本” (Hi no Hon)dan gəldiyini söyləyirlər.

Telman Rəşidov©©yapon.az2024