Yaponiyalı rəssam Satoşi Araki daha çox özünün miniatür şəhər və ya şəhər həyatından bir an, maşın, velosiped, bina və s. digər obyektləri canlandırmaqla məşhurdur. Tokiodan olan 45 yaşlı rəssamın yaradıcılığı, fantaziya və ustalığı bu sahə ilə maraqlananların heyranına səbəb olur. O yaratdığı şəhər miniatürlərində daha çox mədəniyyətin solması və müharibələrin özü ilə gətirdiyi dağıntıları əks etdirməyə çalışır.

478

Arakinin sözlərinə görə, onun əsas vizual aləti axtarış sistemi – Google İmages`dir. Axtarış sisteminin əsas açar sözləri isə, “İraqda müharibə” və “İraqda dağıntılar (dağıntıların qalıqları)”dır.

Araki böyük modellərin kiçik obrazını çox dəqiq və real hazırlayır. O, şəhərdəki dağıntıları əks etdirən, paslanmış, dağılmış, güllələnmiş, küləklə sovrulmuş bina, maşın, zibil torbaları və s. çox məharətlə düzəldir. Yaratdığı barmaq boyda və daha kiçik obyektlər reallığı olduğu kimi əks etdirir.

Mənbə: flickr.com
Mənbə: flickr.com
Sevinc Nur Ali © yapon.az 2014