Yaponiyanın Kyoto şəhərindəki animasiya studiyasına təxmin edilən hücumdan sonra baş verən yanğın zamanı ən azı 23 nəfər ölüb və onlarla adam yaralanıb. Bu barədə BBC kanalı yerli rəsmilərə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, cümə axşamı səhər saatlarında Kyotodakı “Animation Co” şirkətinə 41 yaşlarında bir kişi hücum edib, öncə benzin töküb, sonra yandırıb. Şübhəli bilinən şəxs saxlanılıb, özü də xəsərat aldığı üçün xəstəxanaya çatdırılıb.

reuters
Mənbə: Reuters

Yerli vaxtla səhər 10:30-da baş verən dəhşətli partlayışdan sonra alov hər yeri bürüyüb. Polisin açıqlamasında hadisə yerində bıçağın tapıldığı da qeyd edilir.

Mühafizə yanğından öncə binada 70 nəfərədək insanın olduğunu qeyd edib. 36 nəfərədək insan xəstəxanalara çatdırılıb və onlar arasında vəziyyəti ağır olanlar vardır.

Hadisəni törədən şəxslə şirkətin arasnda hər hansı bir əlaqənin olması naməlumdur.

Baş nazir Şinzo Abe hadisənin sözlərlə ifadə edilməyəcək qədər faciəvi olduğunu deyib və həlak olanların ailələrinə başsağlığı verib.

“KyoAni” kimi tanınan “Kyoto Animation” 1981-ci ildə təsis edilib və “K-On” və “Haruhi Suzumiyanın melanxoliyası” adlı məşhur animasiyalar buraxıb. Şirkətə məxsus “Evergarden” qlobal bazara çıxmaq üçün “Netflix” tərəfindən seçilib.

Studiya animatorlarına daimi əmək haqqı ödəməsi ilə də tanınır ki, bu da sahə üçün heç də standart vəziyyət deyil (kadra görə ödəmə) və işçilərə təzyiq göstərilməsi kimi qəbul edilir.

Sevinc Nur © yapon.az 2019