Oktyabrın 14-də Yaponiyada Sağlamlıq və İdman günü (体育の日 (Taiiku no hi)) kimi qeyd olunur.

Sağlamlıq və İdman günü milli dövlət bayramı kimi ilk dəfə məhz oktyabrın 10-u 1966-cı ildə Tokioda keçirilən 1964-cü il Yay Olimpiya oyunlarının (oyunlar payızda keçirilib, çünki yayda Tokioda yağışlar mövsümü olur) açılışnın ildönümü şərəfinə qeyd olunub. 2000-ci ildən isə “xoşbəxt bazar ertəsi sisteminə” əsasən, bayram günü oktyabr ayının ikinci bazar ertəsində qeyd olunmağa başlayıb.

zcvdfgg
Məktəbllər kibasen yarışında. Undokai. Tonami, Toyama, Yaponiya. Vikipediya – elektron ensiklopediya.

Bütün Yaponiya ərazisində qeyd edilən bayram zamanı məşqlər, kütləvi idman yarışları, xüsusilə də, olimpiadaya düşən oyunlar, yüngül atletika, həmçinin, kifayət qədər ciddi oyunlar da keçirilir. Məktəblər və müəssisələr əsasən “idman günü”nə (運動会 (Undō-kai)) həsr edəcəkləri fəaliyyət növlərini məhz bayram ərəfəsinə salırlar.

Əsasən, məktəblərdə idman fəaliyyəti günlərində müşahidə olunan kibasen (騎馬 戦) və ya hərfi tərcümədə “süvari döyüşü” komanda yarışı da bu günün vazkeçilməzlərindəndir. Oyunun şərtlərinə görə, çiyinlər üzərindəki iştirakçının haçimakisi (鉢巻, hərfi “dəbilqə bandı”) düşərsə və ya əksər hallarda olduğu kimi rəqib tərəfindən salınarsa (alınarsa) məğlub sayılır.

2016-cı il oktyabrın 10-da Sağlamlıq və İdman gününün keçirilməsinin 50 illiyi ilə bayram günü üst-ütsə düşmüşdür.

P.S. Yaponlar idmanı çox sevir. Soyuqda, şaxtada, yağışda belə qaçan yaşlılara rast gələ bilərsiniz…

Başlıq şəkil: 体育の日. Nihonmatsu, Fukuşima. 2011. 

Sevinc Nur © yapon.az 2016