Çouçinlər 400 illik tarixi keçmişə malikdirlər. Muromaçi dövründə (1336-1555) çinlilər tərəfindən gətirilən fənərlər, kağızla örtülü olub, indiki “çouçin“ə (fənər), yəni, bambuk səbətlərə bənzəyirdi. Bu fənərlər dəfndə, toyda və buddizmlə əlaqəli mərasimlərdə buddistlərə xas olan əşyalar kimi istifadə edilirdi.

Muromaçi dövrünün sonuna yaxın (1573-1596) qatlanıla bilən fənərlər Yaponiyaya yayılmağa başladı. Skelet olaraq nazik bambukdan istifadə edilirdi və üzərinə düyü kağızı düyü kağızı (Jenşen ailəsinə aid bitkilərin dibindən hazırlanmış nazik və yeyilə bilən kağız) çəkilirdi. Bu fənərlər qatlanıla bilən olduğu üçün daha əlverişli idi. Buna görə də festivallarda və Obon rəqslərində də istifadə edilməyə başlandı.


Müasir dövrdə gündəlik həyatda çox istifadə olunmasa da, festivallarda, restoran dekorasiyalarında hələ də istifadə olunur.

Fənərlərin bir neçə növü var. Məsələn, dairəvi fənərlər restoranlarda, uzun dairəvi olanlar reklamlarda, qulplu olanlar isə milli rəqslərdə istifadə olunur. Qulplu fənərlərə “Yayşəkilli çouçinlər” deyilir. Bu iki dairəvi fənər həmçinin “Kabura Çouçin” və ya “Kiçik Çouçin” də adlanır. Çouçinlərin düyü kağızdan və vinildən hazırlananları da var. Vinil fənərlər daha ucuz, hazırlanması asan və yağışa dözümlüdür.
Səmanı və ya yolları işıqlandırmaq üçün istifadə olunan çouçinlər 提燈、提灯、挑灯 kanciləri ilə yazılır və “çou” kancisi “bir əlində tutmaq”, “çin” isə “göndərmək” mənasını verir. Çouçinlərin içərisində şamlar və yaxud balıq yağı olurdu, lakin son vaxtlar lampa və ya led işıqların istifadəsi daha çox yayılmışdır.

Xəyalə Əlizadə ©  yapon.az 2022