“Gözətçi (qapıçı) Mukuzo İmokava`nın əhvalatı” (芋川椋三玄関番の巻 və ya 芋川椋三玄関番之巻 – İmokava Mukuzō Genkanban no maki) Yaponiyada ekranlaşdırılan ilk professional anime hesab olunur. Daha doğrusu, 31 iyul 2005-ci ildə “Hərəkətli şəkillər”in Kiotoda tapılmasına qədər bu, anime Yaponiyada ilkin hesab olunurdu. 5 dəqiqə davam edən anime Ōten (Hekoten) Şimokava tərəfindən 1917-ci ildə yaradılıb. Əsas qəhrəman qapıçı Mukuzo İmokavadır. Ondan əvvəl isə, Şimokavanın erkən müəllifi olduğu 凸坊新画帳・名案の失敗 (“Dekobō şinqaçō; meian no şippai” – “Yeni şəkil kitabı; böyük planın uğursuzluğu) və 1917-ci ilin yanvarında yaradılan naməlum animelər gəlir.

1916-cı ildə rəssam Kitayama Seytaro manqa müəllifi Ōten Şimokava ilə Tenkatsu (Tennenşku Katsudō Şaşin Kabuşiki Qaişa (“天然色活動写真 Təbii rəng hərəkətli şəkillər) studiyasını yaradaraq animasiyaların hazırlanması üzrə təcrübələr aparır. Şimokava şəkilləri təbaşirlə lövhədə çəkir, yenidən çəkib foto rəsimləri əldə etməklə animasiya effekti verirdi.

Sevinc Nur © yapon.az 2015