Bu gün Yaponiyada analar günü qeyd olunur. Hər yerdə çiçəklər, ətirlər, ev əşyaları, aksesuarlar gözə dəyir və yaponlar demişkən “kavaii” sayılan hər şeyə “hədiyyəlik” obrazı, bəzəyi verilib. Küçədə yox. Mağazalar, keçidlər, salonlar, restoranlarda hiss olunur bu…

Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik edirlər. Bir çox ölkələrdə bu bayram müxtəlif günlərdə qeyd olunur. Əsasən “Analar günü” may ayının 2-ci bazar günü qeyd edilir.

Analar günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır.

İngiltərədə XVII əsrdən XIX əsrədək “Anaların bazar günü” adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın 4-cü bazar günündə keçirilirdi.

ABŞ-da “Analar günü” ilk dəfə 1872-ci ildə məşhur amerikalı pasifist Culiya Uord Houv tərəfindən dəstəklənib. Onun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günü olmalı idi. Lakin onun bu konsepsiyası nə ABŞ-da, nə də digər ölkələrdə öz təsdiqini tapır.

1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna (Anna Jarvis) analar gününün qeyd olunması təşəbbüsü ilə çıxış edib. O, ilin yalnız bir gününün analara həsr olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazıb. İlk dəfə 1910-cu ildə Virciniya ştatı “Analar günü”nü rəsmi bayram kimi tanıyıb.

Nəhayət, 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının 2-ci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan edib.

ABŞ-ın ardınca 23 ölkə may ayının 2-ci bazar gününü bayram elan edir. Daha 30-dan çox ölkə isə bu bayramı başqa günlərdə qeyd edir.

yapon.az da bütün analarımızı təbrik edir!

Sevinc Nur © yapon.az 2015