Dağların ətəklərində gizli həyat sürən bu insanların əksəriyyəti sahiblərinin hüzurundan qovulmuş və ya öz istəkləriylə ayrılmış samuraylar idi. Zamanla sayca az olmalarını bir üstünlük halına çevirmək üçün meydana gətirdikləri məxfilik əsaslı döyüş sənəti tarixdə məhz ninca adını aldı.

Ninca (忍者 ⌈nin`cya:⌉) və ya şinobi (“gizlənmək” mənasında) orta əsrlərdə Yaponiyada casus və muzdlu qatillər belə adlandırılırdı (Çin dilinə isə eyni kancilər ⌈rençya⌉ kimi tələffüz olunur). Qadın nincalar isə “kunoiçi” adlanırdılar. Casusluq, sabotaj, infiltrasiya, sui-qəsd və bəzi hallarda açıq savaş, partizançılıq ninjalarının əsas fəaliyyət sahələrinə daxil idi.

Nincaların öyrəndiyi döyüş sənəti – “nincutsu”

aXbpmBir ninca çox sayda təkbətək döyüş üsullarını mənimsədiyi kimi problemləri həll etmək və ya qarşı tərəfə problemlər yarada bilmək üçün zehnini işlətməyi bacaran biri olmalıdır. Bu keyfiyyətlər, adətən, düşmən hesab edilən güclü samurayları məğlub etmək üçün lazım idi. Nincaların bu texnikaları zamanla ayrı bir döyüş “budağını” meydana gətirdi və “nincutsu” adını aldı. Bütün bunlar lazım olan vəziyyətlərdə çox sayda rəqibi ağır yaralaya biləcək, öldürəcək şəkildə istifadə edə bilmək üçün idi.

Əfsanəyə görə, nincaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. Əvvəl yeniyetmə nincalar “nincutsu” texnikasına yiyələnməli idilər. Casuslluq üçün isə onlar hansısa informasiyanı öyrənməli və vaxtı-vaxtında öz sahibinə çatdırmalı idilər. Artıq ninjalar yetkinlik yaşına çatdıqda muzd ilə işləyirdilər.

Nincaların silahı

Klassik katana və ox (yay) kimi silahlarla yanaşı, bir çox silaha qarşı eyni zamanda təsirli ola biləcək yeni silahlar inkişaf etdirmək nincaların prioritet işlərindən biri idi. Döyüş zamanı həmin silahları həm də ağaca dırmaşmağa, qazmağa, qarşı tərəfin silahlarını işləksiz etməyə və s. lazım olan işlərə böyük ölçüdə köməkçi olacaq şəkildə hazırlanmışdı.

Nincaların ilk silahı ox olmuşdur. Lakin nincalar çox vaxtı rəqibini öldürmək üçün zəhərdən istifadə edirdilər. Bəzən onlar zəhəri rəqibinin qulağına da tökürdülər. Onlar zəhərləri 3 kateqoriyaya bölürdülər:

  • yavaş təsir göstərən zəhərlər
  • yaşıl çayın xüsusi növündən düzəldilən zəhər
  • tez öldürən zəhər.

Nincalar heç vaxt xristianları öldürməzdilər. Çünki onlar ninjalara kömək edə bilərdilər.

Samurayları və knyazları qorxuya saldıqları üçün ninjalara “gecə kabusu” adı verilmişdi. Nincaların əsas vəzifəsi tək öldürmək deyil, həm də casusluq etmək idi. XVII əsrdə Yaponiyada 70-dən çox klan var idi. Klanlardan ən nüfuzlusu Koqa-Ryu və İqa-Ryu idi. Yaponiyada X əsrdən başlayaraq tarixə düşmüşlər. XIV və XVI əsrlərdə çox istifadə edimişdir.

1603-cü ildə Yaponiyanın ilk şoqunu (yap. vəhşiləri itaətə gətirən sərkərdə) Tokuqava İeyasu ninjaların ən nüfuzlu klanları olan Koqa-Ryu və İqa-Ryu onun üçün böyük təhlükə yaratdığını elan edir. Bu klanlardakı nincaların az hissəsi şoquna tabe olaraq sağ qalmağı bacarırlar. Lakin tarixdən itməyə başlamışlar.

Namiq Murad © yapon.az 2018