Atmaq istədiklərimizi deyil, saxlamaq istədiklərimizi düşünərək…

Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi Mariya Kondo

Mariya Kondo (近藤 麻 理 恵) 1985-ci ildə anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir.

O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun “Həyatı dəyişən “yığışdırma” (toplamaq) möcüzəsi”: yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti” (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub. Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-da nəşr edilib. Mariya Kondo 2015-ci ildə “Times”ın “100 ən nüfuzlu insanları” siyahısına daxil edilib.

Mariya Kondonun 4 bestselleri
Mariya Kondonun 4 bestselleri

Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərdiyini söyləyir. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəyirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.

Bir gün o, təşkilatçılıq etmək üçün yarandığını anlayacaq sıçrayış yaşadığını qeyd edir:

Daim atmalı olduğum şeylər haqqında düşünürdüm. Bir gün mən sinir böhranı keçirdim və iki saat ərzində huşumu itirmişdim. Oyananda sanki sirli bir səs mənə əşyalarıma daha yaxından baxmağı məsləhət görürdü. Səhv etdiyimi başa düşdüm… Mən yalnız atmalı olduğum şeyləri axtarırdım. Lakin əslində saxlamaq istədiyim əşyaları düşünməli və görməli idim. Bizi xoşbəxt edən şeyləri: bu, tənzimləmə işidir “.

O, şinto ibadətgahında həyatının beş ilini xidmətçi qız kimi keçirib. 19 yaşında, Tokioda qadınların xristian universitetində sosiologiya tələbəsi olarkən öz konsaltinq biznesini qurub.

Kondonun təşkilatlandırma üsulu KonMari metodu (daha ətraflı videoda) olaraq bilinir. KonMari üsulu əşyaların hamısını kateqoriyalar üzrə, bir kateqoriyadan olan əşyaları bir dəfəyə bir yerə toplamaq və sonra yalnız “xoşbəxtik” (ときめく) gətirənləri saxlamağa əsaslanır.  Yapon dilində bu söz tokimeku kimi ifadə olunur –  ürəyi döyündürən mənasında işlənir.

Kondo Takumi Kavahara ilə evlidir. Cütlüyün iki övladı var.

Sevinc Nur © yapon.az 2018