Kamakura dövrü (1185-1333) Yaponiyada tayfalararası müharibələr, samurayların formalaşması və buşi ideoloqyasının yaranma dövrü oldu.

Toyotomi Hideyoşi`nin döyüş geyimi. Vikipediya - elektron ensiklopediya.
Toyotomi Hideyoşi`nin döyüş geyimi. Vikipediya – elektron ensiklopediya.

Şoqunat – 幕府 (Bakufu)

Samuraylar 9-cu əsrdə meydana gəlib. Bu vaxt Kiotodakı imperator sarayı hərb sənətini özünə uyğun görmədiyinə görə, hakimiyyəti və müdafiəni dəmək olar ki, döyüşçü torpaq sahibkarları samuraylara vermişdi. Bir müddət sonra samuraylar qohumluq əlaqələri yaradaraq güclü imperatorlara çevrildilər.

XII-XIX əsrlərdə şoqunat sistemi (şyoqunatlar – hərbi diktatorlar) yarandı. Ciddi hərbi qanunlar Zen (禅) dini-fəlsəfi fikrn təsiri nəticəsində hissə-hissə yaranıb və bu qanunlara şərəf və ləyaqətini qorumaq üçün özünəqəsd (seppuku) əlavə olunub. Zen etiqadı samuraylar arasında populyar idi, sadə adamlar öz xilaslarını “Təmiz dünya”nın Nitiren buddist məktəblərində tapırdılar.

Bu müddətdə Kisyun adası 2 dəfə (1274-ci il və 1281-ci il) monqolların hücumuna məruz qaldı. Həmin həmin vaxt artıq onlar Çini zəbt etmişdilər.

1333-cü ildə tayfalar arasında olan müharibələr nəticəsində yaranan maliyə problemləri və qarşılıqlı inamın azalması Kamakura sequnatının süqutuna səbəb oldu, yerini Muromaçi şoqunatına təslim etdi. Minamota Erimota`nın idarəetmə sisteminin təsiri Yaponiyada 5 əsr qorunub saxlandı.

Sonrakı Azuçi-Momoyama (安土桃山時代) dövrü (və ya 織豊時代 -Şohoko cidai, 戦国時代 – Şonqoku cidai) (1568-1603) feodal Yaponyasının dağılmasına son qoydu. Bu proses Yaponiya tarixinə “Yaponyanı birləşdirən üçlük” kimi daxil olan Odi Nobunaqi, Toetomi Hidoyoşi və Tokuqava İeyasunun adları ilə bağlıdır. Bu dövr Sekiqaxara hakimiyyətindəki döyüş, Tokuqava klanının qalibiyyəti ilə yadda qaldı, Edo dövrünün başlanğıcı oldu və Tokuqava şoqunatının birləşmiş hökümət üzərində avtoritar idarəetmə üsulunun yaranması ilə nəticələndi.

Mon-Oda
Edo klanının mon`u (Mon (紋), monşō (紋章), mondokoro (紋所), kamon (家紋) – Yaponiyada ailə, şəxsin orijinal qerbi, simvolu)

Muromaçi dövrü (1336-1568) daxili və xarici ticarətin çiçəklənməsi ilə xarakterizə olunub. Həm də bu dövrdə kənd təsərüfatı özünün yüksəliş dövrünü yaşadı. Bu dövrdə həmçinin, yaponiyalı piratlar Koreya və Çinin bəzi vilayətlərinə hücum etdilər, portuqaliyalılar Yaponyaya silah (muşket) gətirdilər, ölkədə silahın yayılmasının əsası qoyuldu. Bu dövr təkcə ölkənin inkişafında olan uğurlara görə deyil, həm də, hakimiyyətin mərkəzləşdirilməsi kimi tarixdə qaldı.

Edo dövrü (1603-1868) Tokuqava klanının hakimiyyət dövrü idi. Bu dövr 1603-cü ildə Tokuqava İeyasunun sequn təyin olunmasi ilə başladı və Tokuqava Esenobonun 1868-ci ildə öz səlahiyyətlərindən əl çəkməsi ilə sona çatdı. Tokuqava İeyasu bütün ölkəyə ciddi nəzarət edirdi. O, cəmiyyəti siniflərə böldü. Samuraylarla xalq arasında narazılıqların olmaması üçün torpaq mülkadarlığı qadağan edildi. Kəndlilərə torpaq paylandı. Eyni zamanda, şəhərlilər və tacirlər sinifi yarandı. Rayonlararası yerdəyişməyə ciddi nəzarət edilirdi. Ailələr və bütün kəndlər, qohum və qonşu cinayətinə görə tam şəkildə cəza çəkə bilərdilər. Regionlardakı “dayme” qurumları Tokuqava klanına tabe idilər. Rəsmi olaraq Kiotu paytaxt adlanırdı. Lakin faktiki olaraq mərkəz Edo (indiki Tokio) idi.

220px-MuromachiSamurai1538
Muromaçi samurayları, 1538-ci il. Vikipediya – elektron ensiklopediya.

Bakumasu – şoqunatın sonu – Yaponiyanın tarixində ən qarışıq dövr (1853-1868) hesab olunur. Bu dövr Edo dövrünün sonu oldu: Bosin vətandaş müharibəsinin sonuna qədər ölkəyə amerikalı komandor Metyu Perinin gəmiləri gəldi. Bakumasu dövrünün sounda Meici bərpa olundu, Tokuqava şoqunatı ləğv olundu və hakimiyyət imperatora keçdi.

Ülvi Əhmədov © yapon.az 2014