E-Kİ-Bİ Fo-Tietto

AKB48 – Yaponiyanın ən məşhur qadın idol qruplarından biridir (J-pop ingiliscədən Japan-pop red.). Qrup Tokio, Akihabarada (qısaldılmış şəkildə Akiba red.) yerləşən “Don Quijote” (“Don Kixot”) mağazalar şəbəkəsinin 8-ci mərtəbəsində yerləşən şəxsi teatrın (red.) şərəfinə belə adlandırılıb. AKB48 üzvlərinin sayına görə, dünyanın ən böyük pop-qrupu adı ilə Ginnesin rekordlar kitabına daxil olub.

800px-AKB48‐桜の花びらたち
Qrup debütünə hazırlaşır, 26 mart 2006. Vikipediya – elektron ensiklopediya.

Qrup 2005-ci ildə yuxarıda adını çəkdiyim teatrın bazasında yaradılıb. Həmin ilin iyul ayında Yasuşi Akimoto yeni idol qrupu üçün namizədlərin seçiminə start verir. Seçim mərhələsinə müraciət edən 7924 qızdan yalnız 45-i ilk mərhələni uğurla keçir. Sonda bu 45 qızdan yalnız 24 qrup üzvü seçilir. Növbəti seçim mərhələsi isə, Yaponiyanın tanınmış mobil operatoru “NTT Docomo” ilə birgə iş birliyi çərçivəsində keçirilib. Namizədlər öz çıxışlarını videoya çəkib mobil telefonlardan müsabiqəyə göndərməli idilər. Bu seçim mərhələsində 11892 qız iştirak edir və yalnız 18 nəfər qrup üzvü kimi seçilir. Bundan sonra qrup üzvlərinin sayı hər dəfə artır, bəzi üzvlər isə qrupu tərk edir.

AKB48-in ilk mahnısı “Sakura no hanabirataçi” (“Sakura yarpaqları”) 2006-cı ilin fevral ayında işıq üzü görür.

AKB48 hər gün öz teatrında çıxış edir. Bu, qrupun prodüsseri Yasuşi Akimoto`nun (秋元 康) fikridir. Çünki adətən idollar fanatlarının təsəvvüründə əlçatmaz bir insanlar kimi görünürdülər. Akb48 isə, hər gün öz teatrında çıxış edərək fanatların onlara daha yaxın olmağını təmin edə bilib.

download(2)
Minami Takahaşi

Qrup Yaponiyada çox sevildikdən sonra, Yasuşi Akimoto layihə çərçivəsində İndoneziyada və Çində müvafiq olaraq CKT48 (Cakarta 48, İndoneziyanın paytaxtı şərəfinə) və SNH48 (Şanqai 48, Çində şəhər) qruplarını yaradır.

AKB48_theater
Teatrın girişi. Vikipediya – elektorn ensiklopediya.

Bundan əlavə, Yaponiyanın özündə qrupun alt-qrupları da mövcuddur: SKE48, HKT48, NMB48.

Qrupun daha bir yeniliyi – səsvermələrdir. Belə ki, fanatlar qrupun hər bir yeni mahnısının səsyazmasında və kliplərində iştirak edəcək qrup üzvlərini müəyyən etmək üçün sevdikləri qrup üzvünü seçə bilirlər. Bunun üçün səs verirlər və sonda 100-dən çox AKB48, HKT48, SKE48, HKT48 üzvlərindən ən çox səs toplayanlar seçilir və yeni mahnının səsyazma prosesində və klipin çəkilişinlərində iştirak hüququ qazanır.

2008-ci ilin oktyabrın 1-dən etibarən qrupun öz şəxsi televiziya verilişi AKBİNGO “Nippon Television” telekanalında yayımlanır.

AKB48`in son mahnısı “Oricon” çartında 1-ci yerə qalxa bilib. “Beginner”“Heavy rotation” mahnıları isə, 2010-cu ildə Yaponiyanın ən çox satılan sinqılları olub və illik reytinqdə müvafiq olaraq 1-ci və 2-ci yerləri tutub.

4 iyul 2009-cu ildə qrup Fransada keçirilən “Japan Expo” sərgisinə qonaq kimi dəvət olunur və bu onların Avropada ilk çıxışı olur. 27 sentyabr 2009-cu ildə isə, AKB48`in ABŞ-da ilk konserti keçirilir.

AKB48-in 14-cü mahnısı 21 oktyabr 2009-cu ildə işıq üzü görür. 14-cü “River” adlanan mahnı qrup tarixində ilk dəfə olaraq həftəlik “Oricon” çartında 1-ci yeri tutur. 2010-cu ilin fevral ayında işıq üzü görən və sayca qrupun 15-ci mahnısı olan “Sakura no şiori” öncəki mahnının uğurunu təkrarlayır.

20-21 noyabr 2010-cu il tarixlərində “Yaponiya pop-mədəniyyəti” festivalı çərçivəsində AKB48`in 12 üzvü ilk dəfə olaraq Rusiyada çıxış edir.

1 dekabr 2010-cu il tarixində qrup Ginnesin rekordlar kitabına “ən böyük pop-qrup” kimi düşür.

27 avqust 2012-ci ildə qrupun ilk və ən məşhur üzvlərindən biri olan Atsuko Maeda (前田敦子) qrup üzvü kimi son çıxışını edir və qrupu tərk edir. 2013-cü ildə isə, AKB48`in digər populyar və çox sevilən üzvləri olan Tomomi İtano (板野友美) və Mariko Şinoda (篠田麻里子) qrupu tərk edirlər.

1024px-AKB48_Theater_ticket
AKB48`in tetrına daxil olmaq üçün bilet. Biletin qiyməti Azərbaycan valyutası ilə təqribən 30 manatdır.

AKB48 xeyriyyə ilə də məşğul olur. 11 mart 2011-ci ildə baş verən zəlzələ və tsunamidən bir neçə gün sonra qrup öz rəsmi bloqunda 617 mln. yendən çox vəsaitin Yaponiyanın Qırmızı Xaç Cəmiyyətinə xeyriyyə məqsədi ilə verildiyi barədə məlumatı elan edib.

Hazırda qrupun lideri və baş meneceri Minami Takahaşi`dir (高橋みなみ).


“Beginner”, 2010.

“Koisuru fortune cookies”, 2013.

Hüseyn Əskərov © yapon.az 2014