Edo dövründə (1603-1867) Yaponiyada imperalist qüvvələr və xristianların təsirindən ehtiyat edildiyi üçün yaponlara Koreya, Çin və Hollandiya istisna olmaqla xarici ölkələrə getmək və bu ölkələrlə ticarət əlaqələrinin aparılmasına qadağa qoyulmuşdu. 1881-ci ildə Hollandiya ticarət sahəsində həkim kimi çalışmaq üçün buraya gələn alman əsilli Filip Frans Baltasar von Zibold vəzifəsini tamamlayıb Hollandiyaya geri dönərkən Yaponiyanın xəritələri də daxil olmaqla, bəzi qadağan olunmuş əşyaları götürməyə cəhd göstərir.

Buna görə də Zibold Yaponiyadan deportasiya edilir və onun bu ölkəyə qayıtmasına qadağa qoyulur. Zibolda bu xəritələri verən Şoqunat Astronomiya Bürosunun yaponiyalı rəsmisi Takahaşi Kaqeyasu (1785-1829, daha çox Sakusaimon kimi tanınır) edam olunur.

Həmçinin, bu insidentə görə daha 50 şəxs cəzalandırılır. Ehtimal olunur ki, Ezonun bu xəritəsi (müasir Hokkaido, Yezo kimi də yazılır) Takahaşinin Zibolda verdiyi xəritənin orijinalıdır.

Qeyd edim ki, xəritə məhz Edo Şoqunatının təhsil institutu olan Şoheyzaka Akademiyasınn möhürü ilə təsdiqlənmişdir.

Əlavə olaraq bax: Takahaşi`nin şəxsi “işi”.

Ramin Məmmədli © yapon.az 2016