Feodal dövrü

Qoryokaku – tarixi mühafizə qalası

Qoryōkaku (五 稜 郭) Yaponiyanın Hakodate şəhərində (Hokkaydo adasında) ulduz formasında bir qaladır. Qısamüddətli Ezo Respublikasının əsas mühafizə qalası olmuşdur.

GoryokakuMainHall

Buqyoşo/ Hakodate hökumət binası. Vikipediya – elektron ensiklopediya.

Qoryōkaku Takeda Ayasaburō tərəfindən 1855-ci ildə inşaa edilmişdir. Onun planı fransız memarı Vaubanın işinə əsaslanırdı. Qala beşbucaqlı ulduz formasında idi. Bu, ənənəvi yapon üslubundakı qalalardan fərqli olaraq, divarlarında daha çox sayda atəş nöqtələri yerləşdirməyə imkan yaradır və topun atəş edə bilmədiyi “kor nöqtələrin” sayını azaldırdı.

Qala Tsuqaru boğazını Rusiya donanması tərəfindən mümkün ola biləcək hücuma qarşı qorumaq üçün şyoqun Tokuqava tərəfindən tikdirilmişdir.

Tarixdə Qoryōkaku həm də Boşin müharibəsinin son döyüşünün yeri kimi məşhurdur. Döyüş bir həftə davam etmişdi (20-27 iyun, 1869-cu il). Bu döyüşdə isə 34 yaşında “Hakuouki: Şinsenqumi Kitan, Hakuouki: Reimei-roku” (2010-2012) animesinin qəhrəmanı Hijikata Toşizo vəfat etmişdir.

goryokaku

Qoryokaku yüksəklikdən baxanda

Bu gün Qoryōkaku bir parkdır. “Xüsusi tarixi yer” elan edilmişdir və Hakodate şəhər muzeyinə ev sahibliyi edir. Baharda albalı çiçəyinin açdığı dövrdə seyrə çıxanların sevimli yeridir.

DSC_5032

Qoryokaku. Şəkil: S.N.

Sevinc Nur © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma