Hər kəsin şəkillərinə baxarkən “üzərində maşınlar necə hərəkət edə bilir?” – deyə soruşduğu körpü Yaponiyada yerləşir

010Şəkildə gördüyünüz körpünün adı Eşima Ohaşidir. Yaponiyanın Matsue ve Sakaiminato şəhərlərini bir-birinə bağlayan Nakaumi gölünün üzərində yerləşir. Körpünü digərilərindən fərqləndirən cəhət, onun həddindən artıq dik olmasıdır. Körpünün belə tikilməsinin tək səbəbi isə, gəmilərin körpünün altından rahat keçməsidir.

Son zamanlar dünya mediasının xəbərlərindən düşməyən bu, körpü müasir görünüşü ilə diqqətləri cəlb edir. Maşınların qəza etməməsinin səbəbi isə çox sadədir. Yol hərəkəti qaydalarına riayət etmək və sürət limitini aşmamaq.

Gülşən Cabbarlı © yapon.az 2015