Ölülərdən alınan dünyadakı yeganə döyməli insan dərisindən kolleksiyanın yaradıcısı Fukuşi Masaiçi haqqında yəqin ki eşitməmisiz. Fukuşi Masaiçi (福士 政 , 30 yanvar 1878 – 3 iyun 1956) yaponiyalı həkimi, patoloq və Tokiodakı Nippon Tibb Məktəbinin əməkdar professorudur.

Lakin onun tanınmasına səbəb üzərində döymələr həkk olunan insan dərisindən yaratdığı kolleksiyadır. Fukuşi Masaiçi və oğlu Fukuşi Katsunari Yaponiyada “İrezumi Hakase” (刺青 博士, təxminən: “Döymə həkim”) kimi tanınır.

Fukuşi Masaiçi Tokio İmperial Tibb Universitetində oxuyub. 1914-cü ildə Almaniyada təcrübə keçdikdən sonra Kanazava Universitetinin Tibb Kollecində dərs deməyə başlayıb. Daha sonra Masaiçi Yaponiya Patoloqları Cəmiyyətinin  (日本病理学会 [Nihon Byori Gakkai]) sədri olub. Əvvəlcə onun maraq dairəsi sifilis idi: Fukuşi bu xəstəliyin aorit və tiroid xəstəliyini necə təhrik etdiyini araşdırdı. Əslində, elə bu sahədə apardığı araşdırmalar zamanı döymə ilə maraqlanmağa başlayır: bir dəfə Masaiçi döymə mürəkkəbinin dəridəki sifilislə zədələnmiş ocaqları məhv etdiyini aşkarlayır. Beləliklə, 1907-ci ildən bəri insan dərisi mövzusunda etdiyi araşdırmalar onu döymə edən çox insanla bir araya gətirir. Buna görə 1926-cı ildə Yaponiya döymə (İrezumi) sənəti ilə maraqlanmağa başlayır, cəsədlər üzərində otopsiyalar aparır, dərini çıxardır və onu qorumaq üsulları üzərində araşdırmalar aparır.

Sonrakı illərdə o, 2000-ə yaxın döyməli dəri parçası və 3000 fotoşəkil toplamışdır.

Baxmayaraq ki, Masaiçi 1940-cı illərin əvvəllərində döyməli dərilərdən bənzərsiz bir kolleksiyasını hava hücumundan müdafiə sığınacağına verir, təəssüf ki, arxivin çox hissəsi İkinci Dünya Müharibəsi zamanı itirilir. Müharibədən canlarını qurtaran kolleksiyanın qalan hissəsi hazırda Tokio Universitetinin Tibbi Patoloji Muzeyində saxlanılır. İnsan dərisi kolleksiyasından yalnız 105 parça qalıb. Bəziləri sanki bütün bədən üçün geyim kimi tam uzunluqdadır.

Fukuşinin özü, yeri gəlmişkən, döyməli deyildi.

S. Nur © yapon.az 2020