Çikin katsu (チキンカツ) – və ya toyuq qızartması 10 dəqiqəyə hazırlanır, 30 dəqiqəyə bişirilir. 4 nəfər üçün hazırlanan yeməyin qidalanma göstəriciləri: kalori 319, protein 34 q, karbohidrat 36 q, yağ 5 q, qidalılığı 1 q, lif 0, şəkər 13 q, duz 2 q.

Ərzaqlar:

  • 4 ədəd dərisindən ayrılmış toyuğun döş əti (file)
  • 1 yumurta, çalınır
  • 8 x.q. (yemək qaşığı) həcmində incə üyüdülmüş qarğıdalı lopası (кукурузных хлопьев) və ya Panko qırıntıları
  • 2 diş əzilmiş sarımsaq
  • 1-2 x.q. korma pastası
  • 1 x.q. soya sousu
  • 4 x.q. ketçap
  • 2 x.q. bal
  • 2 x.q. qarğıdalı unu
  • 500 ml su

Qarnir üçün:

  • 200 q düyü
  • 2 ədəd qırmızı bibər
  • 200 q soya lobyası (kahı və kələmlə də əvəz etmək olar)

Bişirilmə qaydası:

Toyuq ətini duz, istiotladıqdan sonra yumurtaya salıb, daha sonra qarğıdalı lopası və ya qırıntıları ilə hər tərəfini örtün. Sobada 10-15 dəqiqə bişirin.

Yerdə qalan məlzəmələri qazana töküb 500 ml su əlavə edib qızdırın. Qaynayana və qatılaşanadək qarışdırın. Qapağını örtün və 5 dəqiqə aşağı temperaturda qaynamasını gözləyin.

Düyü, lobyanı ayrılıqda qaynadın.

Servis üçün sousdan boşqablara tökün. Toyuq filesini dilimlərə kəsib üzərinə qoyun. Böyük incə dilimlənmiş qırmızı bibər, azca düyü və soya lobyasını qarışdırıb yanına qarnir edin.

Yemək hazırdır.

1023215_600.gif いただきます!

Sevinc Nur © yapon.az 2014