2012-ci ildə Apple şirkəti gölün qışda çəkilmiş şəklini yeni yaradılan əməliyyat sistemi OS X Mountain Lion-ə əlavə edir. Kadr Biey şəhərinin sakini Kent Şiraişi tərəfindən oktyabr ayının sonunda ilk qar yağanda çəkilmişdi. National Geographic şəkilə “Mavi göl və ilk qar” adını vermişdi.

[youtube https://www.youtube.com/watch?v=-qYy6inh8eM&w=560&h=315]
https://www.youtube.com/edit?o=U&video_id=-qYy6inh8eM

Biey gölü Hokkaydo adasının 2-ci ən böyük Biey çayının sol sahilində yerləşən və o qədər də böyük olmayan su hövzəsidir. Su hövzəsini Mavi göl (青い池 ⌈Aoi-ike⌉) adlandırırlar. Gölün yaranması da insanın fəaliyyətinin nəticəsi ilə əlaqədardır.

2012-ci ildə Apple şirkəti gölün qışda çəkilmiş şəklini yeni yaradılan əməliyyat sistemi OS X Mountain Lion-ə əlavə edir. Kadr Biey şəhərinin sakini Kent Şiraişi tərəfindən oktyabr ayının sonunda ilk qar yağanda çəkilmişdi. National Geographic şəkilə "Mavi göl və ilk qar" adını vermişdi.
Kadr Biey şəhərinin sakini Kent Şiraişi tərəfindən oktyabr ayının sonunda ilk qar yağanda çəkilmişdi. National Geographic şəkilə “Mavi göl və ilk qar” adını vermişdi. 2011-ci il.

Göl Tokaçi dağının ətəyində, Biey şəhərindən cənub-şərqdə yerləşir. Ondan cəmi 2,5 km şimal-qərbdə isti platinium yataqları vardır. Gölün adı isə suyun şəffaf açıq mavi və ya firuzəyi rəngə çalmasından irəli gəlir. Bieyin suyunun rəngi müəyyən şərtlərdə dəyişmək xüsusiyyətinə malikdir.

Gölün yaranma tarixi 1988-ci ilin dekabr ayında Tokaçi vulkanının püskürməsindən dərhal sonra başlayır. Fəlakətin qarşısını almaq və ətraf mühiti vulkan püskürməsi nəticəsində yaranan çirkli sel tullantılarından qorumaq üçün regional inkişaf bürosu baraj tikməyi qərara alır. Beton barajın tikintisi 1989-cu il iyun ayında tamamlanır. Qabağı beton tikili ilə kəsilən su meşədə toplanmağa başlayır. Beləliklə də, Biey gölü yaranır.

11-Голубой пруд на острове Хоккайдо.jpg

Tez bir zamanda göl məşhurlaşır və bu gün Yaponiyanın ən çox turist cəlb edən təbii məkanlardan biridir.

Mavi Göl suyunun tərkibində bir çox araşdırmalar aparılıb, lakin qeyri-adi rəngin fenomeni hələ aşkar edilməyib. Hesab edilir ki, bu, doymuş alüminium hidroksidlə zəngin isti qaynaqlardan gələn su ilə çayın suyunun qarışmasının nəticəsidir. Beləcə, bir növ “kokteyl” yaranır, Yer atmosferi kimi su günəş işığını əks etdirir, firuzəyi və mavinin bütün çalarlarını ifadə edə bilən rəng yaranır. Hövzədə suyun yenilənməsi prosesi davamlıdır. Günün fərqli saatlarında və fərqli rakursdan baxanda mavi rəng çalarlarının bir oyununu görə bilərsiniz: zəngin mavidən yüngül firuzəyiyə qədər. Gölün mərkəzində duran qurumuş tozağacları və qarağatların sütunları mənzərəyə xüsusi bir cazibə verir.

2016-cı ilin avqustunda Mindulle tayfununun (tayfun şimal-qərbi okeanının qərb hissəsində 180° və 100° E arasında inkişaf edən yetkin tropik siklondur) beton özəyi zədələməsi nəticəsində göldə suyun səviyyəsi müvəqqəti aşağı düşmüş və rəngi palıdıya çevrilmişdi.

Sevinc Nur © yapon.az 2017