Dekabrın 19-da “Hokkaido Universiteti Xarici Tələbələr Assosiasiyası”nın (HUİSA – Hokkaido University International Students Association) təşkilati dəstəyi ilə “Bunkasai 2015” (Beynəlxalq Mədəniyyət festivalı) festivalı keçirilib. Tədbirdə azərbaycanlı tələbələr də iştirak edib.

Sapporo. Sevinc N. Ə. (yapon.az)

Festivalı açıq elan edən “HUİSA”nın prezidenti, doktorant tələbə Əlibəy Məmmədov təşkilatın il ərzində gördüyü işlərdən danışıb.

Tədbirin bədii hissəsini hindistanlı tələbənin milli rəqsi açıb.

Hokkaido Universitetinin Biznesin İdarəsi və Menecement fakültəsində magistr təhsili alan Qabil Əliyev isə çıxış edərək, Azərbaycan musiqisi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan musiqisinin kökləri çox qədimdir. Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq, Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar var.

12414200_1288338721192475_1896182938_o
Qabil Əliyev canlı musiqi ifa edir. “Bunkasai 2015”, Sapporo 19 dekabr 2015. 

Daha sonra Q.Əliyev “Kitabi-Dədə Qorqud” dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti haqqında məlumat verib, xalq musiqisindən danışıb. Azərbaycanda, həmçinin, caz, rok, pop kimi müasir musiqi janrlarının inkişaf etdiyini vurğulayıb.

12404523_1288338677859146_2067685789_n.jpg
Alim Qasımov və Fərqanə Qasımovanın ifasında “Say it right” nümayiş olunur. “Bunkasai 2015”, Sapporo 19 dekabr 2015. 

“Azərbaycanın klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətinin əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar arasında Qarabağ xanəndələrinin xüsusi yeri var. Mirmövsüm Nəvvab, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül və s. adlarını çəkmək olar.”

12434190_1288338687859145_1237165689_n.jpg
Məsum İbrahimovun ifasında “Səni qəmli görəndə” nümayiş olunur. “Bunkasai 2015”, Sapporo 19 dekabr 2015. 

Çıxış Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Məsum İbrahimovun ifasında “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnılarının video görüntüsü ilə müşaiyət olunub.

Q.Əliyev 1965-ci ildə ekranlaşdırılmış Azərbaycanda Çar hakimiyyətinə qarşı qiyamı əks etdirən “Yenilməz batalyon” filminin musiqisi haqqında məlumat verib və canlı ifa edib. Çıxışın sonunda filmdən fraqment səsləndirilib.

Ə.Məmmədov isə “Naz eləmə” rəgsi ilə festivalı bağlayıb.

Festivalın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Analoji olaraq indoneziyalı tələbələrin ifa etdiyi musiqi və hindistanlı iştirakçıların rəqsləri 1, 2, 3 (Halley Menezes) və həvəsləndirici (Diipu Darşu) yerləri bölüşüblər.

Qaliblərə mükafatlar verilib.

12413837_1288338724525808_985039959_o.jpg
İndonesiyalı tələbələr milli musiqi aləti olan angklunug ilə 3 musiqi ifa edir. “Bunkasai 2015”, Sapporo 19 dekabr 2015.