Aso boy (あそぼーい) məhdud ekspress (sürət qatarı) 2011-ci ildən Yaponiyanın Kyuşu prefekturasında fəaliyyət göstərir. Qatar Kyuşu Dəmiryolu Şirkətinə məxsusdur.

Aso boy qatarı Hohi əsas xəttində Aso stansiyası (阿蘇駅 – 1918-ci ildə açılıb və 1961-ci ilədək Boçu adlanıb) vasitəsilə Kumamotodan Miyaciyə qədər hərəkət edir. Kumamoto ilk, Miyaci isə son dayanacaqdır. Kumamoto və Miyaci arasındakı 53 km məsafəni qatar 1 saat 30 dəqiqəyə qət edir. Qatar aşağıdakı stansiyalardak keçir:

Kumamoto => Şin suizenci => Suizenci => Hiqo o(u)zu => Tateno => Aso => Miyaci

Məhdud adlanmasının səbəbi qatarın bazar və şənbə, bayram və xüsusi günlərdə, məsələn, məktəb tətilləri müddətində xidmət göstərməsi, gün ərzində yalnız iki dəfə eyni yolu qət etməsindədir.

Aso-Boy

Aso boyun qonaq otaq – salonu, panorama bölməsi, kitabxanası, Kuro kafesi, yapon üslüblu hazırlanmış otağı, “məşqçi” və “Kuro” oturacaqları, odun toplarla doldurulmuş hovuzu – oyun bölməsi var.

asaboy

Qatar keçmiş Yufu DX qatar dəstindən xüsusi modifə edilmiş vahid çoxtipli KiHa 183-1000 dizel 4 maşından ibarətdir.

Qatarı virtual gəzmək üçün bura daxil olun.

Sevinc Nur © yapon.az 2016